52 saylı Quba seçki dairəsindən namizəd olan Lalə Məmmədovanın seçiciləri ilə görüşləri davam edir

11:16 03.02.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Bildiyimiz kimi, 9 fevral 2020-ci il tarixdə növbədənkənar parlament seçkiləri keçiriləcək. Və bu seçkilərdə 52 saylı Quba Seçki Dairəsindən namizəd olan Lalə Məmmədova seçiciləri ilə görüşlər keçirir. 

Hafta.az xəbər verir ki, Lalə Məmmədova Qubanın dağlıq ərazisində yerləşən kəndlərini gəzərək seçiciləri ilə görüşür. Belə ki, o, bu zamana qədər Qubanın 41 kəndində seçicilərlə görüşüb. Seçicilərə öz platformasından və Cənab Prezidentimizin apardığı ilahatlardan danışıb. Bütün seçicilər ölkə başçısı İlham Əliyev cənablarının apardığı islahatları və birmənalı olaraq yürütdüyi siyasəti dəstəklədiklərini bildiriblər. Sonra seçiciləri maraqlandıran suallar cavablandırıb. O, "facebook" hesabında da görüşləri barədə məlumat paylaşıb:
"Bundan əlavə Qubanın Buduğ və Zeyid kəndlərinin sakinlərini tanımağı özümə borc bildim.
İqlimlə əlaqəli ekstrimal gediş oldusa da bacardıq, vətəndaşlarla görüşdük.
Parlamentin bu 6 çağırış müddətində namizəd anlayışını ancaq şəkildən tanıdıqlarını bildirdilər.
Daha dəqiq desək, bu vaxtacan heç bir namizəd bu kəndlərə gəlməyib, dərd-halını maraqlanmaq bir kənara, heç özünü təqdim edən olmayıb, hətta vəkilləri belə...
Əsas məşğuliyyətləri heyvandarlıq olan Buduq kəndinin içməli su sıxıntısı var, bunun üçün hazır təklifləri də var, kaşki, dinləyən və eşitdiklərini doğru-düzgün ünvana çatdıran deputatları olsa...
Zeyid kəndi mobil rabitə problemi yaşayır, hansı ki, kabel xətləri düz kəndin yanından keçir...
Dünəndən düşünürəm, bu zəhmətkeş insanlar,həqiqətən, fantastik bir şeylər istəyirmi?
Dövlət başçımız Cənab İlham Əliyevin gənclərə çağırış siyasətinə, Qubanın ədalətinə güvənərək, vəkil olaraq zəhmətimlə hələ çox ilklərə imza atacağıma əminəm. Hər gün insanlarla görüşmək, təbliğat aparmaq və onları seçki prosesinə iştiraka dəvət etmək getdikcə daha çox xoşuma gəlir. Çünki bu inamı yarada bilirəm. Mən inanıram ki, bu seçki şəffaf olacaq.
ehriban münasibətlərinə görə hər üç kəndin sakinlərinə minnətdarlığımı bildirirəm.“Adını eşitmişik - hamı danışır” qarşılanması isə ayrı bir zövqdür".