Bakıdan Şarm Əl-Şeyxə birbaşa hava yolu açılıb

10:16 19.07.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Heydər Əliyev Hava Limanında Bakı-Şarm Əl-Şeyx birbaşa hava reysinin açılışına həsr olunmuş mətbuat konfansı keçirilib.

Hafta.az yazır ki, tədbirdə Misirin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim çıxış edərək Misir turizminin əvəllər olduğu kimi son illər ərzində də yüksək dərəcələrə və rekord göstəricilərə nail olduğunu deyib. Diplomat bildirib ki, beynəlxalq ekspertlər Misirdə təhlükəsizliyin və sabitliyin olduğunu təsdiqləyir. "Misir hökuməti tərəfindən turistlərin təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi qaydalara riayət edilir. Misirin turizm bölgələrini ziyarət etmək arzusunda olan, Qədim Misir mədəniyyəti ilə tanış olmaq istəyən azərbaycanlı turistləri qəbul etməyə hazırıq" səfir deyib. Səfir həmçinin Bakı - Şarm əl-Şeyx birbaşa  hava reysinin iki ölkə arasında turizm əlaqələrinin genişləndirilməsində böyük əhəmiyyət daşıyacağını bildirib.

Qeyd edək ki, Misirin istirahət zonası olan Şarm Əl-Şeyxə birbaşa uçuşlar 18 iyul tarixindən etibarən, həftənin cümə axşamı Qazaxstanın Azərbaycandan beşinci “hava azadlığı” hüququnu qazanan “SCAT Airlines” hava yollarının “Boeing 757” təyyarəsi ilə həyata keçiriləcək.

Açılışda H.Əliyev Hava Limanının direktoru Teymur Həsənov, Qazaxstanın “SCAT Airlines” hava yollarının vitse-prezidenti Vladimir Sitnik və digər nümayəndələr iştirak ediblər.