4 saylı cəzaçəkmə müəssisəsində bayram tədbiri keçirilib

15:15 01.11.2011
Yazını böyüt
Yazını kiçilt
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində Qurban Bayramı və Dövlət Bayrağı günü münasibətilə Tərbiyə müəssisəsinin Himayəçilik Şurası tərəfindən incəsənət ustalarının iştirakı ilə bayram tədbiri keçirilib. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən “Həftə içi“nə verilən xəbərə görə, tədbirdə çıxış edən Penitensiar Xidmətin rəis müavini Hüseyn Əlixanov iştirakçıları təbrik edib. Məhkumlar üçün təşkil olunan konsert proqramında incəsənət ustaları - Röya Ayxan, Lalə Məmmədova, Rəhim Rəhimli, Sevda Yəhyayeva, Niyaməddin Selami, Coşqun Rəhimov və digərləri iştirak ediblər. Tədbirdə qadınlara hədiyyələr təqdim edilib. Tədbirin sonunda Penitensiar Xidmətin Tərbiyə müəssisəsində saxlanılan yeniyetmələrə də baş çəkilib, tərbiyə olunanlara isti qış geyimləri təqdim olunub.
Əli

Oxunma sayı 641