"Hər hansı neqativ halla rastlaşmamışıq" - Müsavat üzvü

16:12 09.02.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Qaradağ rayonunda seçki prosesi normal şəraitdə davam edir.

Burada da seçki prosesini izlədik. 11 saylı Qaradağ seçki dairəsi üzrə 27 saylı məntəqədə olduq.

Məntəqə sədri Səfa Xəlilov bildirdi ki, siyahıda 1456 seçicinin adı var:

"15:00-a qədər 300 nəfər seçici səsvermə hüququndan istifadə edib. Bu dairə üzrə 9 nəfər namizəd qeydə alınıb. YAP, Müsavat və digər partiyalarının nümayəndələri səscermənin gedişini izləyirlər. Bundan əlavə, üç nəfər öz təşəbbüsü ilə seçkiləri müşahidə edirlər. Kameralar işlək vəziyyətdədir. Online qaydada səsvermə prosesini izləmək mümkündür".

Müsavat Partiyasının nümayəndəsi Rauf Əliyev hafta.az-a açıqlamasında bildirdi ki, hər bir şey qaydasindadır:

"Proses problemsiz həyata keçirilir. Hər hansı neqativ halla rastlaşmamışıq".

Rəhim Həsənov bitərəf namizədin təmsilçisidir.

O da səsvermədə seçicilərin aktıv iştirak etdiyini deyir.

Qaradağ rayonu 11 saylı dairənin 28 saylı məntəqəsində də olduq.
 
Məntəqə sədri Əminağa Kərimov bildirdi ki, 1482 seçiciləri var:
 
"610 seçici səsvermədə iştirak edib. Seçicilər səhər saatlarında yaxşı olsa da, günün ikinci yarısından bu fəallıq azalıb".
Siyasət rubrikasından digər xəbərlər