Hava yolları şirkəti iflas etdi

11:15 13.02.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin köklü hava yolu şirkətlərindən olan və uzun müddətdir maddi sıxıntılar yaşayan "Atlasglobal" iflas etdiyini açıqlamağa hazırlaşır. 

Hafta.az yazır ki, "Atlasglobal"da iclas keçirilib və işçilərə bu gündən işə gəlməmələri tapşırılıb. Eyni zamanda, şirkət bütün uçuşları dayandırdığını da bildirib. 

"Atlasglobal" 2016-cı ildən etibarən başlayan iqtisadi geriləmə və İstanbul Hava Limanında artan maliyyə xərcləri səbəbilə ötən il noyabrın 26-da uçuşları dayandırması haqda bəyanat yaymışdı. Şirkət dekabrın 21-də uçuşlara yenidən başlasa da, maliyyə çatışmazlığı onları birmənalı şəkildə iflasa sürükləyib.