Qaradağda möhtəşəm müstəqillik bayramı

15:15 18.10.2011
Yazını böyüt
Yazını kiçilt

Süleyman Mikayılov: “Ümummilli lider Heydər Əliyev şəxsiyyəti Azərbaycanı böyük siyasi oyunlar məngənəsindən çıxardı“

18 oktyabr Müstəqillik aktının qəbulunun 20 illiyi münasibətilə bayram tədbirləri respublikamızın müxtəlif bölgələrində davam etməkdədir. Belə möhtəşəm təbdirlərdən biri də Bakının Qaradağ rayonunda keçirilib. İlk olaraq Qaradağ rayon Lökbatan qəsəbəsində ulu öndər Heydər Əliyevin adını daşıyan parkda dahi liderin abidəsi rayonun icra hakimiyyətinin başçısı Süleyman Mikayılov və digər qonaqalrın işitrakı ilə ziyarət edildi. Sonra isə Heydər Əliyev Mərkəzində rayonun icra hakimiyyətinin başçısı S.Mikayılovun sədrliyi ilə “Müstəqilliyə gedən yol“ mövzusunda elmi-praktik konfrans keçirildi.

Konfransın işində rayonun millət vəkilləri Ağalar Vəliyev, Mixail Zabelin, Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, millət vəkili, tarixçi alim Yaqub Mahmudov, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov, Prezident Administrasiyası yanında Dövlət İdarəçilik Akademiyasının fəlsəfə elmləri doktoru, politoloq Eldar Nəsirli və Qaradağ rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər. İlkin olaraq konfransa sədrlik edən Qaradağ RİH-nin başçısı Süleyman Mikayılov çıxış etdi. RİH-nin başçısı bildirdi ki, bu gün Azərbaycan xalqı müstəqilliyinin 20 illiyini qeyd edir. Onun sözlərinə görə, Sovet İttifaqının süqutundan sonra müstəqilliyimiz bərpa edilib. S.Mikayılov bildirdi ki, Azərbaycanda ilk dəfə olaraq demokratik respublika 1918-ci ildə yaradılıb və ADR təqribi 23 ay yaşayıb: “1991-ci ildə yaranan tarixi şəraitin nəticəsi olaraq Azərbaycan parlamenti avqust ayının 31-də “müstəqilik bəyannaməsi“ni, oktyabrın 18-də isə “Müstəqillik haqqında“ konstitusiya aktını qəbul etdi. Lakin o zaman ölkəmizin daxilində və xaricində siyasi vəziyyət bir o qədər də ürəkaçan deyildi. Ölkənin iqtisadi və siyasi durumu çox acınacaqlı həddə idi. Azərbaycanın əraziləri Ermənistan tərəfindən təcavüzə məruz qalaraq işğal edilmişdi. Vəziyyəti sabitləşdirmək, ölkəni müasir və demokratik dövlətə çevirmək üçün böyük təcürbəyə malik qüdrətli şəxsiyyətə ehtiyac duyulurdu“. S.Mikayılov qeyd etdi ki, məhz bu baxımdan müstəqilliyimizin tarixində 1993-cü il müstəsna əhəmiyyətə malikdir: “O zamankı mürəkkəb vəziyyəti təhlil edən ziyalılarımız Heydər Əliyevə üz tutdular və xalqımız çox müdrik və tarixi seçim edərək ulu öndərimizi Bakıya dəvət edib, xilas olmağımız üçün onu prezident seçdi“. RİH başçısı onu da dedi ki, böyük nüfuza, yüksək qabiliyyətə malik bir siyasi xadim kimi Heydər Əliyev ilkin olaraq vətəndaş müharibəsinin qarşısını aldı və cəbhə xətində baş verən proseslərin önünü kəsmək məqsədilə Ermənistanla atəşkəsə nail oldu. “Heydər Əliyev bundan sonra Azərbaycanda inkişafın təməlini qoydu, Milli Ordunun yenidən təşkili yönündə mütrəqqi addımlar ataraq nizam-intizamı gücləndirdi“. S.Mikayılov onu da bildirdi ki, o dövrdə ölkənin maliyyə imkanları çox məhdud olmaqla bərabər, sənaye sahəsi, demək olar ki, tamamilə dağılmışdı: “Neft sənayesi isə tənəzzül və dərin böhran içərisində idi. Dövlətçiliyi müdafiə etmək və ölkəni yenidən qurmaq üçün böyük səylər göstərilməli idi. Məhz ümummilli lider Heydər Əliyev şəxsiyyəti Azərbaycanı böyük siyasi oyunlar məngənəsindən çıxarıb, onu öz milli maraqlarına uyğun həqiqi müstəqil dövlətə çevirdi. Azərbaycana xarici sərmayənin cəlb edilməsi üçün bütün imkanlardan istifadə olundu. Heydər Əliyev qısa zaman içərisində yeni siyasi strategiyanın əsas məqsədlərini həyata keçirməyə,neft istehsalını artırmağa, ölkənin qüdrətinin əsas elementlərindən biri olan iqtisadiyyatın inkişafına nail oldu. 1994-cü ilin sentyabrın 20-də Gülüstan Sarayında “Əsrin müqaviləsi“ imzalandı, Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu“. S.Mikayılovun sözlərinə görə, məhz bu siyasət nəticəsində neft və qaz ehtiyatları Azərbaycanın beynəlxalq arenada əhəmiyyətini artırdı və onu Avropanın enerji təhlükəsizliyində əsas faktora çevrdi: “Bakı-Tibilisi-Ceyhan əsas ixrac neft kəməri vasitəsilə Azərbaycan dövləti Aralıq dənizi ilə dünya bazarlarına çıxdı. Bakı-Supsa neft kəməri Qara dəniz ölkələrinə birbaşa çıxışı təmin etdi. Bu kəmərlərin əhəmiyyəti bir də onunla səciyyələnir ki, Azərbaycan əsas tranzit məkana çevrildi. Məhz bu səylərin nəticəsi olaraq 2001-ci ilin yanvarın 25-də Azərbaycan Avropa Şurasına üzv qəbul olundu. Ulu öndərin rəhbərliyi dövründə sosial-mədəni sahələrdə mühüm irəliləyişlər əldə edildi və qeyd etdiyim bütün bu proseslər onun rəhbərliyi ilə uğurla davam etdirildi“. Qaradağ rayon İcra Hakimiyyətinin başçısı dedi ki, müstəqilliyimizdən ötən 20 illin 8 ili ulu öndərin layiqli davamçısı, hörmətli prezidentimiz İlham Əliyevin rəhəbrliyi dövrünə düşür: “Bu illər ərzində sosial-iqtisadi inkişafın gücləndirilməsinə dair qəbul olunan dövlət proqramları, ölkənin hərtərəfli inkişafını təmin etməkdədir. Bütün regionlarda quruculuq-abadlıq işləri durmadan davam etdirilir, infrastruktur köklü şəkildə dəyişir, yeni-yeni müasir tələblərə cavab verən təhsil, səhiyyə, mədəniyyət və idaman mərkəzləri bölgələrimizin görkəmini tamamilə yeniləşdirir.Yol-nəqiliyyat şəbəkəsi yenidən qurulur, iqtisadiyyatımız, demək olar ki, 300 faiz artıb“. Elmi-praktik konfransda tarixçi alim, AMEA-nın, Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov və digər natiqlər də çıxış etdilər və Azərbaycanın müstəqilliyinin 20 illiyi içərisində həyata keçirilən sosial-iqtisadi və siyasi sahədə əldə olunan nəticələrə toxundular. Elmi-praktik konfransda Y.Mahmudov ulu öndərin adını daşıyan mərkəzə və RİH-nə öz imzası ilə işıq üzü görən bir sıra əsərlərini hədiyyə etdi. Sonra isə Heydər Əliyevin adını daşıyan parkın qarşısında Qaradağ RİH-nin və Azərbaycan Televiziyasının birgə təşkil etdiyi bayram konserti keçirildi. Bayram konsertində rayon əhalisinin qarşısında respublikamızın tanınmış müğənniləri öz repertuarlarından müxtəlif mahnılar səsləndirdilər. Bayram şöləni Qaradağda atəşfəşanlıqla başa çatdı.
Nahid Canbaxışlı
Oxunma sayı 438