Beynəlxalq təşkilatlardan QHT-lərə dəstək

15:15 14.10.2011
Yazını böyüt
Yazını kiçilt
Dünən Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətində (AQHMC) Böyük Britaniya səfirliyinin maliyyə dəstəyi ilə dəyirmi masa keçirilib. Dəyirmi masada Britaniya səfirliyinin əməkdaşı ilə yanaşı, eyni zamanda QHİ təmsilçiləri, regionda sülhyaratma yönündə fəaliyyət göstərən vətəndaş cəmiyyətinin üzvləri, politoloqlar və media təmsilçiləri iştirak edirdilər. İlkin olaraq səfirliyin maliyyə dəstəyi ilə həyata keçirilən “Beynəlxalq təşkilatların regionda sülh yaratma yolunda QHT-lərə dəstəyi“ layihəsinin kordinatoru Dilarə Əfəndiyeva çıxış edərək, layihənin məqsədi haqqında məlumat verdi. Sonra isə AQHMC-nin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu çıxış edərək layihənin önəmi barədə fikirlərini paylaşıb. O qeyd edib ki, layihənin maliyyə dəstəkçisi Britaniya hökuməti olsa da, burda əsas məqsəd reginoda sülhyaratma yolunda beynəlxalq təşkilatların üzərinə düşən məsuliyyət və bu məsuliyyətin fonunda görülməli olan işlərdr. Tədbirdə layihənin baş eksperti kimi Əvəz Həsənov və layhənin digər nümayəndəsi Elxan Şahinoğlu da çıxış ediblər. Hər iki layihə təmsilçisi bölgədə baş verən proseslərlə bağlı geniş şəkildə məruzə ilə də çıxış ediblər.
Nahid
Oxunma sayı 393