“İstəyirik ki, bizim səhvlərimizi təkrar etməyəsiniz“

15:15 14.10.2011
Yazını böyüt
Yazını kiçilt
“Biz yeddi tərəfdaş ölkə bir-birimizdən öyrənir, bir-birimizin təcrübəsindən istifadə edir, birgə layihələr həyata keçiririk“. Bunu Azərbaycanda səfərdə olan Baltikyanı Assambleyanın (BA) vitse-prezidenti Yanis Reirs jurnalistlərə açıqlamasında bildirdi. Onun sözlərinə görə, təmsil etdiyi BA bu il yaranmasının 20 illiyini qeyd edir və bu müddət ərzində regional bir təşkilat kimi bu assambleya böyük təcrübə əldə edib: “Biz öz təcrübəmizi sizlərə ötürməkdə, eyni zamanda, nailiyyətlərimizi, o cümlədən, səhvlərimizi sizlərə çatdırmaqda maraqlıyıq. Marqalıyıq ki, sizlər də bizim kimi həmin səhvləri təkrar etməyəsiniz“. Y.Reis açıqlamasında onu da qeyd etdi ki, Baltikyanı ölkələr bu gün möhkəm tellərlə bir-birinə bağlıdır. Eyni zamanda, o, təəssüf hissi ilə 1940-cı illərdə bu əlaqələrin zəiflədiyini və bundan istifadə edən sovetlərin onları işğal etdiyni qeyd elədi. O həmçinin bildirdi ki, 50 ilə yaxın davam edən sovet işğalı acı bir dərs olmaqla yanaşı, həm də bu regionun yenidən müstəqillik mücadiləsində, bir araya gəlməsində mühüm rol oynayıb: “Bu yolda “Baltik yolu“ platforması və Baltikyanı assambleya çox mühüm əhəmiyyətə malikdir. Biz bütün dünyaya göstərdik ki, birlik, həmrəylik nəyə malikdir, nələrə qadirdir. Ona görə biz BA olaraq öz müsbət təcrübəmizi GUAM PA ölkələrinə ötürməkdə çox maraqlıyıq“.