Türk vəkili azərbaycanlı modelin 20 min dollarını mənimsəyib

15:15 13.10.2011
Yazını böyüt
Yazını kiçilt
Bir neçə həftə öncə Türkiyənin məşhur aktyoru Tolqa Karellə ailə quran azərbaycanlı model Günay Musayeva dələduzların qurbanı olub. “Akşam“ qəzetinin yazdığına görə, G.Musayeva ötən günlərdə dələduzluqla bağlı polisə müraciət edib. Musayeva adı açıqlanmayan vəkilin ona Türkiyədə yaşamaq və işləmək icazəsi almaq üçün vəd verdiyini, bunun qarşılığında isə 20 min dollar aldığını deyib. Aradan 5 ay keçsə də, vəkil nə lazımi icazələri ala bilib, nə pulu geri qaytarılıb. “Ona puldan əlavə universitet diplomu olmaqla bir neçə rəsmi sənəd də vermişdim. Çünki mənə rəsmi proseslər zamanı bunlara ehtiyacı olacağını demişdi. Aradan 5 ay keçib. İndi nə pul, nə də sənədlər var“, - deyə G.Musayeva bildirib. Azərbaycanlı model bu fəlakətin gələcəkdə başqalarının da başına gəlməməsi üçün hüquqi proses başladığını qeyd edib.
Vüsal