SAM qalibləri mükafatlandıracaq

15:15 12.10.2011
Yazını böyüt
Yazını kiçilt
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə bağlı cari ilin mart ayında elan etdiyi ümumrespublika məqalə müsabiqəsinin yekunlarına həsr olunmuş qaliblərin mükafatlandırılması mərasimini keçirəcək. Qurumdan bildirilib ki, tədbir oktyabrın 13-də Bakıdakı “Hilton“ otelində baş tutacaq. Müsabiqə Azərbaycanda siyasət, tarix, hüquq, fəlsəfə, beynəlxalq hüquq və münasibətlər, iqtisadiyyat sahəsində təhsil alan gənclərin oxuduqları sahələrdə müstəqilliyin keçdiyi yola dair analitik təhlil qabiliyyətlərinin, yeni istedadların aşkara çıxarılması məqsədilə keçirilib. Ümumrespublika müsabiqəsində Bakıda və regionlarda, eləcə də xaricdə ictimai və humanitar elmlər sahəsində təhsil alan bakalavr və magistrlər iştirak ediblər. Tədbirdə Azərbaycan Prezidenti Administrasiyasının nümayəndələri, millət vəkilləri, ölkəmizin aparıcı ali təhsil müəssisələrinin rektorları, elm və təhsil xadimlərinin iştirakı nəzərdə tutulub.

Əli