“Müasir mətbuatımızın inkişafı Ulu Öndərin adı ilə bağlıdır” – Sona Əliyeva          

14:02 22.07.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

“Müasir Azərbaycan mediası müstəqillik illərində çox böyük inkişaf yolu keçib. 144 illik mətbuat tariximiz son 26 ili ulu öndərimizin adı ilə bağlıdır. 1998-ci ildə qəzetlər üçün senzura da məhz ümummilli liderimizin prezidentliyi dövründə ləğv edilib. Bir neçə dəfə kütləvi informasiya vasitələrinin nəşriyyatlara olan borcları silinib. Bütün bunlar ümummilli liderimizin demokratik, azad mətbuatın formalaşmasına, inkişafına böyük töhvələrin yalnız bir qismidir”.

Bunu hafta.az-a açıqlamasında millət vəkili Sona Əliyeva deyib. Millət vəkili bildirib ki, 1875-ci ilin 22 iyulunda böyük maarifçi Həsən bəy Zərdabinin  “Əkinçi” qəzeti ilə əsasını qoyduğu Azərbaycan mətbuatı prezident İlham Əliyevin dövründə də uğurlu inkişaf yolu ilə addımlayır:

 

“Bu gün Azərbaycanda xeyli müstəqil televiziya və radio fəaliyyət göstərir. Yüzlərlə qəzet, mətbuat orqanı hər gün oxucularının görüşünə gəlir. Minlərlə onlayn sayt, media orqanı fəaliyyətdədir. Onların arasında müxalif düşüncəli media resursları da var. Azad və sərbəst şəkildə peşə fəaliyyətləri ilə məşğul olurlar. Bütün bunlar Azərbaycan mətbuatınının, mediasının, ümumilikdə kütləvi informasiya vasitələrimizin inkişafından xəbər verir. Bu gün xəbər agentliklərimizin dünyanın müxtəlif ölkələrində, başqa-başqa qitələrdə nümayəndəlikləri var. Bütün bunlar cənab prezident İlham Əliyevin uzaqgörən fəaliyyəti, mediamızın, mətbuatımızın inkişafına həssaslıqla yanaşmasının nəticəsidir. Son 6 ildə jurnalistlərlər üçün 2 dəfə çoxmənzilli bina dövlət tərəfindən, birbaşa cənab prezidentin göstərişi ilə tikilib və istifadəyə verilib. Artıq 3-cü bina tikilməkdədir və gələn il təhvil verilməsi nəzərdə tutulub. Dünyanın heç bir yerində KİV-ə bu qədər dövlət dəstəyi yoxdur. Azərbaycan dövləti hər zaman mediamızın yanındadır. Ulu öndərimiz də, cənab prezidentimiz də həmişə mətbuat adamları, nüfuzlu qurumlar tərəfindən medianın dostu mükafatlarına layiq görülüblər. Ən çətin zamanda ölkə rəhbərinə arxalanıblar. Sonda isə Azərbaycan mətbuatında, mediasında, televiziyasında çalışan hər kəsi təbrik edirəm, fəaliyyətlərində uğurlar arzulayıram”.

Siyasət rubrikasından digər xəbərlər