“Paşinyan Qarabağ ermənilərinin rəğbətini qazanmaq istəyir” – Nəzakət Məmmədova

16:24 07.08.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

“Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağdakı separatçı rejimin nəzarətində yaşayan əhalinin dəstəyini almaq üçün “Qarabağ Ermənistandır” fikrini səsləndirib. Çünki Paşinyan hakimiyyətə gələnə qədər Ermənistanda “Qarabağ klanı” hakimiyyətdə idi. 20 ildən sonra hakimiyyət dəyişdi. İndi dövlətə Ermmənistanda doğulmuş bir şəxs rəhbərlik edir, nəinki Qarabağ ermənisi. “Qarabağ klanı” da  belə bir fikir formalaşmışdı ki, sizdən olmayan birisi sizi qoruya bilməz. Ermənistan sizi atacaq, Azərbaycan hərbi əməliyyatlar keçirəcək - kimi fikirlər yaymağa başladılar. Yəni, separatçı rejimin nəzarətində yaşayan Qarabağ ermənilərini qorxutdular. İndi Nikol Paşinyan da bu kimi bəyanatlarla onlara özünü yaxın göstərmək istəyir”.

Bunu hafta.az-a açıqlamasında politoloq Nəzakət Məmmədova deyib. Politoloq bildirib ki, Ermənistanın baş naziri bu kimi bəyanatlar verərək həm də 2020-ci ildə Dağlıq Qarabağdakı “seçkilərdə” öz adamını hakimiyyətə gətirmək istəyir: “O, həm Rusiyanın, həm də Bako Saakyanın adamlarını oradan uzaqlaşdırmağa çalışır. Bunu onu görə edirlər ki, münaqişəni özləri istədikləri kimi həll edə bilsinlər. Buna görə də Paşinyan Avropa Şurasında çıxış edərkən xahiş etmişdi ki, Dağlıq Qarabağdakı “qeyri-hökumət təşkilatlarına” qrand ayırmaq lazımdır. Ona görə ki, orada rəngli inqilab etmək lazımdır. Paşinyanı da hakimiyyətə gətirən kimdir – Amerika. ABŞ görür ki, Ermənistanda inqilab etməyin proseslərə elə bir təsiri yoxdur. Çünki Dağlıq Qarabağ Paşinyan və Ermənistan üçün təhlükə olaraq qalır. Yəni, oradakı istənilən təxribatçı qüvvələr atəş aça bilərlər. Bunun da nəticəsində Azərbaycanın müharibəyə başlaması qaçılmaz olacaq. Beləliklə də Paşinyan hakimiyyəti uduzacaq. Bu da onlar üçün böyük təhlükədir. Buna görə Amerika istəyir ki, Dağlıq Qarabağda da öz adamını “hakimiyyətə” gətirsin. Qarabağ istiqamətindən, buradakı separatçı rejimdən Nikol Paşinyana qarşı heç bir təhdid olmasın. Çünki onların arasında hazırda ciddi fikir ayrılıqları yaranıb. Beləliklə Dağlıq Qarabağı və Ermənistanı Amerikaya yaxınlığı ilə seçilən şəxslərin “idarə etməsini” istəyirlər. Amma ABŞ-a yaxın olan bir insan “hakimiyyətə” gəlsə Amerika Rusiyanı regiondan çıxara bilər. Münaqişəni də öz istədiyi kimi həll edə bilər. Eyni zamanda, İranın şimal hissəsini nəzarətə götürə bilərlər. Ona görə ki, Qarabağdakı şəxs də ABŞ-a yaxın şəxs olacaq. Beləliklə, Nikol Paşinyan Qarabağ ermənilərinin qarşısında bu cür çıxışlar etməklə onların rəğbətini qazanmaq istəyir”.

Siyasət rubrikasından digər xəbərlər