Mebel sexində yanğın söndürülüb - YENİLƏNİB-FOTO 

19:53 10.08.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Sumqayıt şəhərində mebel sexində yanğın olması barədə məlumat daxil olub.

Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Yanğın nəticəsində ümumi sahəsi 1000 m² olan mebel sexi yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Əlavə məlumat veriləcək.​

***

Sumqayıt şəhərində güclü yanğın baş verib.

Hafta.az-ın hadisə yerində olan müxbirinin məlumatına görə, yanğın Sumqayıt şəhərində fəaliyyət göstərən mebel sexlərinin birində qeydə alınıb.

Məlumata görə, hazırda FHN-nin əməkdaşları yanğın yerinə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.