Suraxanıda 6000 imkansız sakinə qurban əti paylanılıb - FOTO

13:00 12.08.2019 Müəllif:Qələndər Xaçınçaylı
Yazını böyüt
Yazını kiçilt
Hər il olduğu kimi, bu il də Suraxanı rayonunda Qurban bayramı yüksək səviyyədə təşkil edilib. Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə qəsəbələrdə imkansız sakinlərə, Qabağ müharibəsi əlillərinə, Şəhid ailələrə, Böyük Vətən Müharibəsi və Çernobl , 20 Yanvar əlillərinə Qurban əti paylanıldı.
 
“Həftə içi”nin əməkdaşı olaraq əvvəlcə yolumuzu Qaraçuxur Bələdiyyəsindən saldıq. Sözügedən qurum hər bir sahədə öz fəallığı ilə seçilir. Bələdiyyənin vəsaiti hesabına 1200 nəfərdən çox imkansız ailələrə, tənha və kimsəsislərə, Şəhid ailələrinə və Böyük Vətən Müharivəsi iştirakçılarına, Çernobıl və 20 Yanvar əlilərinə qurban əti verildi. Siyahı üzrə gəlib qurban paylarını alıb gedirdilər. Qaraçuxur Bələdiyyəsinin sədri İxdiyar Nəcəfov bildirdi ki, 1200 nəfər imkansız sakinlərə qurbanlıq ət paylamışıq:” Çalışırıq ki, qurban bayramında qəsəbəmizdə hər bir sakinin evində qurban əti olsun, müqəddəs bayram günü qazanları qaynasın. Siyahıdan əlavə imkansız adamlar gəlib bizə müraciət edir və onlara da qurban əti veririk. Qəsəbəmizdə elə xəstələr var ki, yataq xəstəsidir. Onlara qurban payı təşkil etmişik. Evlərinə gedib bayramlarını təbrik edəcəyik”. Sonra Əmircan qəsəbə nümayəndəliyində olduq. Suraxanı RİH başçısı inzibati ərazi dairəsi üzrə Əmircan Qəsəbə nümayəndəsi Cəlaləddin Əhmədov “Həftə içi”nə bildirdi ki, adıçəkilən qəsəbədə 467 nəfər imtiyazlı əlil və177 nəfər isə imkansız ailə var:” Onların hər birinə qurban əti paylamışıq. Eləcə də rayonimizda fəaliyyət göstərən rus icmasına da qurban payı vermişik. Təxminən 1000 nəfərə yaxın sakinlərə qurban ətinin paylanması nəzərdə tutulub”.
 
Bəxtiyar adlı sakin 20 yanvar əlili olduğunu söylədi. Onun sözlərinə görə rayonda ona hər cür qayğı göstərilir:”Sağ olsun prezidenrimizi onun sayəsində biz əlillərə və imkansız ailələrə hər cür köməklik göstərilir. Bizə dövlət tərəfindən mənzil, minik avtomobili verilib. 280 manat təqaüd, üstəlik də 230 manat da prezident təqaügü alıram. Hər bayranm günlərində də bizi təbrik edirlər, bayram payı verirlər. Bu gün Qurban bayramıdır. Bizə qurban əti veridilər. Göstərilən hər tərəfli qayğıya görə prezident İlham Əliyevə və rayon rəhbərliyinə minətdarlığımızı bildiririk”. Bülbülə qəsəbəsində də olduq. Bülbülə Bələdiyyəsi və Qəsəbə Nümayəndəliyinin iştirakı ilə 350 nəfər imkansız ailələrə qurban əti paylanılırdı. Suraxanı Rayon İcra Hakimiyyətindən bildirdilər ki, RİH –nin təşkilatçılığı ilə 6000 nəfər imkansız ailələrə qurban payı verilib.
Sosial rubrikasından digər xəbərlər