Politoloq yol polisləri ilə bağlı xoş xatirələrini danışdı: “Güzəşt etməyiblər, yazıblar”

17:58 14.08.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan polisi ilə bağlı məşhur simaların xatirələri mövzsusuna davam edirik. Bu dəfə politoloq Çingiz Bayramovun Dövlət Yol Polisinin əməkdaşları ilə bağlı hafta.az-a adanışdığı xatirələri təqdim edirik.

Politoloq bildirib ki, Azərbaycan polisi hər zaman öz işinin başındadır. Vətəndaşlar bu və ya digər formada inzibati xəta xarakterli hərkətlərə yol verdikdə onlar qanun çərçivəsində hərəkət edirlər: “Bir dəfə Dövlət Yol Polisinin əməkdaşları məni saxladı. Cərimə yazırdılar. Zarafatla dedim ki, Tovuzdanam. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun rayonundanam. Polis də zarafatıma zarafatla cavab verdi ki, Ramiz müəllim tapşırıb ki, kim tovuzluyam desə, ona cəriməni ikiqat artıq yazın. Gülüşdük. Sonra qanunvericilikdən kənara çıxmadan, necə nəzərdə tutulmuşdusa, həmin cəriməni də yazdılar. Nə artıq, nə əskik... Heç vaxt güzəşt etməyiblər. Yazıblar. Bu mənada, Azərbaycan polisinin işini vicdanla, ləyaqətlə yerinə yetirməsi təqdirəlayiqdir. Qanun heç kimə güzəştə getmir. Qanun hamı üçün qanundur. Bu mənada polislərimizə çətin və şərəfli işlərində uğurlar arzu edirəm”.

Sosial rubrikasından digər xəbərlər