Anarın Qış Parkının adının dəyişdirilməsi təklifinə Sabir Rüstəmxanlıdan dəstək  

12:17 15.08.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

“Anar bəyin təklifini müdafiə edirəm, oranın bir hissəsi Qış parkı, Füzulinin heykəlinin olduğu yer isə Füzuli parkı olsun”.

Bunu hafta.az-a xalq şairi Sabir Rüstəmxanlı  xalq yazıçısı Anarın “Qış bulvarı” Füzuli bulvarı adlandırılsın. Füzulinin heykəli də var orda...” fikrinə münasibət bildirərkən dedi.

S. Rüstəmxanlının fikrincə, Qış parkının Füzuli parkı kimi adlandırılması müsbət haldır, həm də məntiqlidir”.