Xalq mahnılarının mahir ifaçısı vəfat etdi

13:34 22.08.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Eyni zamanda xalq mahnılarını tədqiq edən sənətçi "Daşıya bilmədim ağca qızın köçünü" adlı musiqi əsəri ilə tanınırdı.

Gürlünün meyidi günorta Şakirin Camisində qılınanan cənazə namazından sonra Kanlıca məzarlığında torpağa tapşırılıb. 

1947-ci ildə Əskişəhrin Mahmudiyyə bölgəsində doğulan Əli Gürlü, 1966-cı ildə TRT-nin keçirdiyi sənət imtahanını qazanaraq, TRT İstanbul Radiosunda üç il sürəcək təhsil alıb. Sonra əsgərliyə gedib və tərxis olunduqdan sonra - 1970-ci ildə TRT İstanbul Radiosunda türk xalq musiqisi sahəsində işə başlayıb. Çox sayda albomu var. 1997-ci ildən başlayaraq TRT-də müəllif proqramları aparıb və konsertlər verib.