Qəbələdə dağlıq ərazidə yanğın başlayıb

17:38 23.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qəbələ rayonunda yanğın başlayıb.

Qəbələ rayon İcra Hakimiyyətindən hafta.az-a verilən məlumata görə, rayonun Solquca kəndində dağlıq ərazi yanır: "Yanğın kolluq ərazidən başlasa da onun meşəyə keçmək təhlükəsi var. Hazırda yanğının qarşısının alınması istiqamətində işlər görülür".

Fövqəladə Hallar Nazirliyinin Qəbələ Rayon Yanğın Mühafizə Xidmətindən isə Trend-ə bildirblər ki, hadisə yerinə canlı qüvvə və texnikalar, həmçinin bir helikopter və bir təyyarə cəlb edilib.