Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Münxendə keçirilən müzakirələr İraq mətbuatında işıqlandırılıb

12:31 23.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr İraqın dövlət informasiya agentliyinin saytında (NİNA) da geniş şəkildə işıqlandırılıb.

AZƏRTAC Azərbaycanın İraqdakı səfirliyinə istinadla xəbər verir ki, dərc olunan məqalələrdə Azərbaycan Prezidenti İlham Əliyevin dəmir məntiqi, tarixi faktlara əsaslanan çıxışına yer ayrılıb, ölkəmizin haqlı mövqeyi nümayiş etdirilib.

Nəzərə çatdırılıb ki, Prezident İlham Əliyevin ortaya qoyduğu tarixi və siyasi arqumentlər ilə Azərbaycanın işğala məruz qaldığı, Ermənistanın isə beynəlxalq qanunlara məhəl qoymadığı sübuta yetirildi.

Siyasət rubrikasından digər xəbərlər