Məşhur “Armani” firması fabriklərini bağladı - Günün təzadları

18:14 24.02.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Modelyer Corcio Armani İtaliyada koronavirusun yayılması ilə əlaqədar olaraq sahibi olduğu şirkətin Milan şəhərində yerləşən ofisini və ölkənin beş regionunda yerləşən tikiş fabriklərinin bağlanılması barədə göstəriş verdi. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, İtaliyada ötən gün 152 nəfər koronavirusa yoluxub, onlardan üçü vəfat edib. Corcio Armani fevralın 23-də Milan şəhərində keçirməli olduğu moda sərgisini də təxirə salıb. “ANSA” agentliyi xəbər verir ki, koronavirusun yayılma səbəbi ilə bağlı Milanda məktəblər, teatrlar, bar və gecə klubları bağlanıb. Milanın dünya şöhrətli “La Skala” opera teatrı da koronavirusa görə fəaliyyətini müvəqqəti dayandırıb.

 

İsrail hərbçisi fələstinli uşağı buldozerlə əzdi

Sosial şəbəkələrdə fələstinli uşağın bir İsrail güc strukturu əməkdaşı tərəfindən buldozerlə öldürülməsinin görüntüləri yayımlandı.  Hafta.az Rusiya mediasına istinadla xəbər verir ki, faciə fevralın 23-də - bazar günü səhər Qəzza zolağı ilə İsrail arasındakı sərhəddə baş verib. Videoda müsəlman uşağın həyatının son anları əks olunub. Görüntülərdə fələstinlilərin yaralını xilas etmək üçün İsrail buldozerinin təkərləri altına necə fədakarlıqla atıldıqları görünür, lakin onlar, az qala, özləri də ölürlər. Xilasedicilərdən, ən azı,  biri snayper gülləsinə tuş gəlir. Bundan sonra yəhudi hərbçi buldozerin çömçəsi ilə can verən uşağın bədənini havaya qaldırır. Sosial şəbəkələrin istifadəçiləri gördüklərindən dəhşətə gəliblər və İsrail ordusunun fələstinlilərə qarşı hərəkətlərini terrorçu “İŞİD” qruplaşmasın yaraqlılarının vəhşiliyi ilə müqayisə ediblər...

 

Saakaşvili Gürcüstan iqtidarına müraciət etdi

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili bu ölkənin iqtidarındən ölümcül koronavirusun respublika ərazisinə girməməsi üçün hər şeyi etməsini istədi. Hafta.az bu haqda Rusiyanın “Vzqlyad” nəşrinə istinadla məlumat verir. Saakaşvilinin sözlərinə görə, hökumət yeni növ koronavirus epidemiyasının yayıldığı İran ilə hava nəqliyyatını bağlamalıdır. Bununla yanaşı,İran  İslam Respublikası vətəndaşlarının Gürcüstana girişi də məhdudlaşdırılmalıdır. Saakaşvili qeyd edib ki, o, ksenofob deyil. Amma eks-prezident bu məsələdə şəxsi məqsəd  güddüyünü də etiraf edib. "Oğlum Tiflisdə yaşayır və oxuyur" deyən Saakaşvili Gürcüstanda digər uşaqların da yaşadığını xatırladıb. O, həmçinin mart ayındakı Novruz bayramı ilə əlaqədar  40-50 min  İran vətəndaşının ənənəvi olaraq Gürcüstana gəlişinin gözlənildiyini də vurğulayıb.

 

Rusiya mobil operatorunun rəhbəri türk oldu

Türkiyənin mobil rabitə operatoru “Turkcell”in keçmiş baş direktoru Kaan Terzioğlunun martın 1-dən Rusiyanın “VEON” telekommunikasiya holdinqinin İdarə Heyətinin həmsədri olaraq holdinqin törəmə şirkəti olan “VimpelCom” (“Bilayn”) mobil operatorunun direktorlar şurasına rəhbərlik edəcəyi bəlli oldu. Hafta.a.az  Rusiya mediasına istinadla xəbər verir ki, Türkiyədən gələn bu yüksək səviyyəli menecer son 5 ildə “Turkcell”in baş direktoru vəzifəsində çalışıb. İndi o, əvvəllər “Facebook”da ödəmələrə və kommersiya tərəfdaşlığına nəzarət edən Serxi Errero ilə birgə işləyəcək. Terzioğlu “VimpelCom”a yeni bir baş direktor tapılana qədər Rusiya biznesinin inkişafı üçün məsuliyyət daşıyacaq.  “VEON”un həmsədri vəzifəsində türk iş adamı Rusiya Federasiyası, Gürcüstan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan bazarlarına nəzarət edəcək. Qeyd edilir ki, K.Terzioğlu bəhs edilən holdinqə son bir neçə ay ərzində səhm qiymətlərinin aşağı düşməsi fonunda ciddi problemlər yaşanan bir şəraitdə rəhbər gətirilib.

 

Qadın məhbus havalandırma borusu ilə türmədən qaçmaq istədi

ABŞ-ın Ohayo ştatının Deyton şəhərində məhbus qadın həbsxanadan qaçmağa çalışdı. Hafta.az-ın Musavat.com-a istinadla  yaydığı məlumata görə, 42 yaşlı Cessika Bumerşin adlı məhbus qadın havalandırma borusu ilə həbsxanadan qaçmaq istəyib. O, həbsxananın gözləmə zalında olan kreslonu divara çəkərək, onun üstünə, oradan da havalandırma borusuna çıxıb. Bunu görən polis qadının ayaqlarından dartaraq yerə salıb və onun qaçmasına mane olub.