Azərbaycanda koronavirusa yoluxanlar TV-lərə danışdılar - VİDEO

20:55 27.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Televiziyasının (AzTV) əməkdaşları Bakıdakı xəstəxanalardan birində, koronavirusa yoluxmuş şəxslərin saxlanıldığı Xüsusi təhlükəli infeksiya şöbəsindən reportaj hazırlayıblar.

Hafta.az-ın məlumatına görə, TV əməkdaşları xüsusi geyimlərlə şöbədəki xəstələrlə görüşüb, onlarla həmsöhbət olublar. Videosüjet AzTV-nin yeni layihəsi olan "#Evdəqal" verilişində yayımlanıb.

Qeyd edək ki, REAL TV də koronavirus xəstələrinin saxlanıldığı Xüsusi karantin xəstəxanasından reportaj hazırlayıb.

Trend oxuculara həmin reportajları təqdim edir.

 

Oxunma sayı 300
Sosial rubrikasından digər xəbərlər