Koronavirusla bağlı gizlinləri açan 7 dəqiqəlik FİLM

15:30 02.04.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Federal Təhqiqat Bürosunun (FTB) dünən koronavirusla bağlı açıqladığı hesabatdan sonra, indi də Hubeydəki qaranlıq mağaralarda çəkilmiş 7 dəqiqəlik sənədli film yeni müzakirələrə səbəb olub. Çinli virus araşdırmaçısının Hubeydəki gizli mağaralarda vəhşi yarasaların necə tutulduğunu göstərən filmi, koronavirusun Uhandakı Çin Elmi Əlaqələr Mərkəzində yaranmış ola biləcəyini diqqətə çatdırır. Təxminən 1 milyon insanın yoluxduğu və 50 min civarında insanı öldürən virus haqqında çəkilkiş film böyük maraq oyadıb.

Qeyd edək ki, FTB-nin hesabatına əsasən, 1 il əvvəl ABŞ hava limanında saxlanılmış çinli elm adamının çemodanından SARS və MERS-lə yanaşı, E Coli virusunun olduğu şüşə qablar aşkarlanmışdı.

Haqqında danışdığımız film, onlarla mağaranı ziyarət edən mərkəzin araşdırmaçısı Tian Jinhuadan bəhs edir. Ortaya çıxan bu sənədli film koronavirusun kökü haqqında yeni gümanlar ortaya çıxarıb. Fikirlər birmənalı deyil: bəziləri virusoloq alimi yarasaların təbii məkanına girməkdə günahlandırsa da, başqa bir qrup virusun Uhandakı hərbi laboratoriyada yaradıldığını və yayılmasında ABŞ-ın rolu olduğunu iddia edir.

Film ona görə də hər kəsdə virusun yarasalardan məhz həmin araşdırmaçıya keçə biləcəyi şübhə oyatmaqdadır.

Koronavirusla bağlı digər fikirlər arasında, Uhan Virusologiya İnstitutu var. Koronavirusun Çin və ABŞ tərəfindən hazlrlanan bioloji silah ola biləcəyi haqqınsa da geniş fikirlər var. Əlbəttə, mütəxəssislər bu cür fikirləri rədd edir və onları özülsüz şayiə adlandırır. Onların fikrincə, belə şayiələr insanlar arasında təşvişə səbəb ola bilər.

Amerikalı tibb professorunun yerli mediaya verdiyi açıqlamada çinli və amerikalı alimlərin belə bir virusu araşdırdığını, amma onların yeni növ koronavirus yaradıb dünyaya buraxdıqlarına inanmadıqlarını bildirib.

SARS-CoV-2 olaraq bilinən yeni növ koronavirusun dəqiq yaranma mənbəyi hələ bilinmir. Alimlər hələlik epidemiyanın yarasalar, illanlar, pangolinlər və başqa bir vəhşi heyvandan qaynaqlandığından şübhələnirlər.

"Vəhşi həyatdada gənclik: görünməz müdafiəçi" adlı filmi Çin Elm və Texnologiya Dərnəyi tərəfindən idarə edilən websəhifə olan "China Science Communication" istehsal edib. Film Uhanda epidemiya ortaya çıxmazdan bir neçə həftə əvvəl - dekabrda yayımlanıb.

Qeyd edək ki, 40 yaşlı və iki uşaq atası olan Tian Uhan Bələdiyyəsinə aid Xəstəliklərə Nəzarət və Praflotikası Mərkəzinin(CDC) Dezinfeksiya və Zərərvericilərlə Mübarizə şöbəsinin müdir müavinidir.

O, hər zaman xəstəliklərə səbəb okan əksər virusların yarasalarda mövcud olduğunu deyirdi.
Filmdə araşdırmaçı deyir:

"Qorxunu vücudumun hər yerində hiss edirəm. Həm infeksiya, həm də mağaranın ənginliklərində itmək qorxusunu. Ona görə də son dərəcə ehtiyyatlı davranıram".
Sonda xatırladaq ki, araşdırmaçı Tian, Hubeydəki bu cür gizli mağaraları ziyarət edən və filmə görə, son 10 ildə 300-dən çox virus vektoru üzərində çalışıb.

Oxunma sayı 220