Yevlaxda qaraçılar polisi zədələdi – Günün təzadları

20:47 21.05.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Yevlax şəhərində karantin rejimini pozan qaraçılar polisə daşla xəsarət yetirdilər.

Hafta.az-ın yazdığına görə, DİN-dən Axar.az-a bildirilib ki, hadisə şəhərin "Qaraçılar məhəlləsi" adlanan küçədə baş verib. Həmin məhəllədə yaşayan bir qrup sakin karantin rejiminin tətbiqini pozaraq etiraz aksiyası keçirməyə cəhd göstərib. Bu zaman ictimai asayişi kobud şəkildə pozaraq orada olan Yevlax Rayon Polis Şöbəsinin əməkdaşına daşla xəsarət yetirilib. Hazırda onun vəziyyəti qənaətbəxşdir.

Baş vermiş hadisə ilə əlaqədar olaraq Yevlax Rayon Prokurorluğunda araşdırma aparılır.

Məlumat üçün bildirək ki, Yevlax rayonunda son günlər ərzində COVİD-19 pandemiyasına 80 yoluxma halı qeydə alınıb ki, onlardan 53-ü “Qaraçılar məhəlləsi” adlanan küçənin sakinidir. Bu səbəbdən həmin məhəllə polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən nəzarətdə saxlanılır.

 

Suraxanıda mənzillərdən oğurluq edən 25 yaşlı qız tutuldu

Bakıda mənzillərdən oğurluq edən 25 yaşlı qız saxlanıldı.

Hafta.az yazır ki, APA-nın məlumatına görə, mayın 9-da Suraxanı rayonu Əmircan qəsəbəsində İ. Abbasova məxsus mənzilə pəncərədən daxil olunmaqla 1000 manat dəyərində televizor və məişət əşyaları oğurlanıb.

Bundan başqa mayın 19-da Əmircan qəsəbəsində N. Əmirovaya məxsus mənzildən 700 manat dəyərində noutbuk oğurlanıb.

Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində evlərdən oğurluq etməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Əfsanə Ağayeva tutulub.

 

Bakıda kişi işlədiyi şirkətin qarşısında özünü yandırdı

Payaxtın Suraxanı rayonunda bir kişi özünə od vurdu.

Hafta.az-ın Musavat.com-a istinadla verdiyi məlumata görə, hadisə mayın 19-da Bülbülə qəsəbəsində, Bakıdakı şirkətlərdən birinin baş ofisinin həyətində qeydə alınıb.

1981-ci il təvəllüdlü yerli sakin Zaur Əsədov üstünə benzin tökərək, özünü yandırıb. Hadisə şahidləri alovu söndürüblər.

Zərərçəkən 5 saylı Şəhər Kliniki Xəstəxanasının yanıq mərkəzinə yerləşdirilib, onun vəziyyəti ağır qiymətləndirilir.

İlkin məlumatlara görə, Z.Əsədov özünü yandırmaqla şirkətin hərəkətlərinə etirazını bildirib.

İntihar cəhdi Rayon Prokurorluğu tərəfindən araşdırılır.

 

ABŞ-da iki su bəndi yarıldı – minlərlə insan qaçqın düşdü

Amerikanın Miçiqan ştatında yağan güclü yağışlar Tittabavasi çayında iki su bəndinin dağılmasına səbəb oldu. 

Hafta.az  bu haqda Rusiya mediasına istinadla xəbər verir.

Bəndlərin dağılması nəticəsində yaranmış subasmalar və daşqın səbəbindən Midlend şəhərinin təxminən 10 min əhalisinin təxliyəsinə başlanılıb. 

Bəndlərin 1924-1925-ci illərdə tikildiyi bildirilir. Midlend rəsmisi Mark Boun daşqınlar nəticəsində 3,5 min evin yararsız hala düşdüyünü qeyd edib. Yerli hakimiyyət bu təbii fəlakətin miqyasına görə, ştat tarixində ən ağır ola biləcəyini istisna etmir. Belə ki, 1986-ci ildə eyni məkanda baş verən daşqınlar son 100 ilin ən böyük təbii fəlakəti kimi qəbul edilmişdisə, bu dəfəki daşqın və fəsadlar ştat tarixinin son 500 ilində ən böyük miqyaslı sayıla bilər.

Miçiqan qubernatoru Qretxen Uitmer çərşənbə axşamı Midlend dairəsində fövqəladə vəziyyət elan edildiyini açıqlayıb. Milli Qvardiyanın qüvvələri təxliyə üçün oraya göndərilib. 

Qubernator vəziyyətin koronavirus epidemiyasının davam etməsi ilə daha da ağırlaşdığını ifadə edib və insanlara daşqınları yaxınlarının yanında gözləməyi və maska taxmağa davam etməyi məsləhət görüb.

 

Qızı girov götürərək kassanı soydu

Rusiyanın Moskva vilayətində yerləşən yanacaqdoldurma məntəqəsinə silahlı hücum təşkil etmiş kişi həbs edildi.

Hafta.az-ın yazdığına görə, Oxu.az xəbər verir ki, hadisə yanacaqdoldurma məntəqəsinin təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Cinayəti həyata keçirən şəxs satıcını girov götürərək kassadakı pulları ələ keçirib.

Rusiya Daxili İşlər Nazirliyinin Moskva vilayəti üzrə Baş idarəsinin Mətbuat xidmətindən verilən məlumata əsasən, hadisəni törədən şəxsin əvvəllər yanacaqdoldurma məntəqəsində işlədiyi, oxşar cinayət əməllərinə görə dəfələrlə məhkum edildiyi məlum olub.

 

Oxunma sayı 217