Polşaya daxil olmaq üçün yeni qaydalar tətbiq olunmağa başlayıb

18:45 22.05.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Polşa ərazisinə daxilolma qaydaları müəyyənləşdirilib.

Hafta.az yazır ki, həm qaydalara əsasən, mayın 21-dən başlayaraq Polşa dövlətinin ərazisinə aşağıda adıgedən şəxslər daxil ola bilərlər:

1. Polşa Respublikasının vətəndaşları;

2. Valideynlər. Yaxud da valideynlərdən biri, yaxud himayəsində olan, habelə həyat yoldaşı Polşa Respublikası vətəndaşının olduğu təqdirdə;

3. "Karta Polak"a sahib olan əcnəbilər;

4. Diplomatik nümayəndəliklərin rəhbərləri, nümayəndəliklərin diplomatikları və konsulluq işçiləri. Bundan əlavə, diplomatik status sahibləri və onların ailə üzvləri; müvəqqəti və ya daimi yaşayış icazəsi olanlar;

5. Polşa Respublikası ərazisində işləmək icazəsi olanlar;

6. Polşa Respublikası vətəndaşları ilə eyni şərtlər əsasında işləməyə icazəsi olan, iş icazəsinə sahib olan, mövsümi işlərin görülməsi reyestrində adı qeydə alinması haqqında şəhadətnamənin sahibləri, Polşa Respublikası ərazisində bir əcnəbiyə iş tapşırılması barədə bəyannamə sahibləri: Bunlar Polşa Respublikası ərazisində işləmək və ya sərhədi keçdikdən dərhal sonra işin başlanmasını təsdiqləyən sənədləri təqdim edənlər;

7. Sərnişin və ya malların daşınması üçün nəqliyyat vasitəsini idarə edən, sərnişin və ya malların daşınması ilə qaynaqlanan digər peşə sahibləri;

8. Beynəlxalq avtomobil nəqliyyatı və ya beynəlxalq birləşdirilmiş nəqliyyatın tərkibində avtomobil nəqliyyatı ilə işləyən sürücülər, Polşa Respublikasının ərazisindən tranzitlə nəqliyyat vasitəsi kimi istifadə olunan nəqliyyat vasitələrindən başqa digər nəqliyyat vasitələri ilə hərəkət edən sürücülər: onlar Polşa Respublikası ərazisində işləməsi və ya işə başlamağın sərhəddən keçdikdən dərhal sonra başlayacağını göstərən sənədləri təqdim etməlidirlər;

9. Polşa Respublikası ərazisində təhsil alan şagirdlər və tələbələr;

10. Avropa Birliyinin, Avropa İqtisadi Bölgəsinin (EEA) və ya İsveçrə Konfederasiyasına üzv ölkələrinin vətəndaşlar,ı habelə onların həyat yoldaşları və övladları yaşayış və ya qaldığı yerə Polşa Respublikasının ərazisindən keçərək, Polşa Respublikasının sərhədini keçdiyi andan 12 saatdan artıq olmamaq şərti ilə, çatmaları üçün; müddəa: bu qaydalar Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa Birliyi və Avropa Atom Enerjisi Birliyindən çıxması barədə razılığa əsasən bu ölkənin vətəndaşlarına da aiddir.

Siyasət rubrikasından digər xəbərlər