ABŞ Səfirliyi azərbaycanlıları Ramazan bayramı münasibəti ilə təbrik edib

12:00 24.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın Azərbaycandakı Səfirliyi azərbaycanlıları Ramazan bayramı münasibəti ilə təbrik edib.

Hafta.az-ın xəbərinə görə, təbrik səfirliyin “Facebook” səhifəsində yerləşdirilib.

Təbrikdə qeyd edilib ki, ABŞ-ın Azərbaycandakı Səfirliyi bütün azərbaycanlıları müqəddəs Ramazan ayının bitməsi münasibəti ilə səmimi təbrik edir:

“Biz dünya müsəlmanlarının Ramazan ayı boyunca qeyd etdiyi mərhəmət, ailə, dostluq və xeyriyyə ruhunu tanıyırıq. Biz həmçinin bütün insanlara və bütün dinlərə hörmət və tolerantlıq çağırışına qoşuluruq. Ramazan Bayramınız Mübarək!”.

Oxunma sayı 306
Siyasət rubrikasından digər xəbərlər