TƏBİB və Bakı Media Mərkəzi "Metodiki Göstərişlər"lə bağlı növbəti videoçarx hazırlayıb - VİDEO

12:15 24.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ölkəmizdə koronavirus (COVID-19) pandemiyasının yayılmasına qarşı görülən maarifləndirmə tədbirləri çərçivəsində ictimaiyyətin ayrı-ayrı sahələr üzrə hazırlanan "Metodiki Göstərişlər"lə daha yaxından tanış olması üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və Bakı Media Mərkəzi animasiya şəklində videoçarxlar hazırlayıb.

TƏBİB-dən hafta.az-a verilən məlumata görə, budəfəki videoçarx "Qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlər" əsasında hazırlanıb.

"Çox sadə gigiyenik qaydalara riayət etməklə, özünüzün və sevdiklərinizin sağlamlığının qoruya bilərsiniz. Unutmayın, sağlamlığınız öz əlinizdədir!"

Həmin videoçarxı təqdim edirik:

Oxunma sayı 1630