Bu şəhərlərdə küçəyə çıxmaq yenidən məhdudlaşdırıla bilər - TƏBİB

20:22 03.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hər gün minumum 200 xəstə yeni xəstələrin sırasına daxil olur.

Hafta.az-ın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, bu, TƏBİB-ə Nazirlər Kabineti yanında Operativ Qərargaha yeni müraciət üçün əsas verib:

“Müraciətimiz xəritədə yoluxmanın narıncı olduğu sahələrdə həftənin cümə günü axşamdan bazar ertəsinədək küçəyə çıxma üçün məhdudiyyətlərin tətbiqi ilə bağlıdır. Təklifimiz Bakı, Sumqayıt, Abşeron, Gəncə, Lənkəran şəhərləri üzrədir. Qarşıdakı 1-2 ay ərzində bütün həftə sonları və ola bilsin ki, bayram günlərində 2-3 günlük küçəyə çıxmaq qadağası ilə bağlıdır. Bu təklifimiz Operativ Qərargah tərəfindən qəbul edilib. Küçəyə çıxmanın tam məhdudlaşdırılması ilə bağlı təklifimiz beynəlxlq təcrübəyə əsaslanıb".

Oxunma sayı 2177
Siyasət rubrikasından digər xəbərlər