Latviya səfiri ilə İşçi Qrupu arasında görüş keçirilib

18:22 04.06.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu gün Latviyanın ölkəmizdəki səfiri Dainis Qarançs Azərbaycan - Latviya Parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun pəhbəri Kamran Bayramov və İşçi Qrupun yeni formalaşmış üzvləri ilə görüşüb.

Hafta.az yazır ki, səfir Qarançs və İşçi Qrupunun rəhbəri Bayramov iki ölkə arasında mövcud olan əməkdaşlıq haqqında bir-birilərinə məlumat veriblər. Qeyd ediblər ki, Koronavirus (COVİD-19) pandemiyasından sonra əməkdaşlığı müxtəlif sahələrdə inkişaf etdirmək vacibdir. Görüşdə xüsusilə mədəni müstəvidə əməkdaşlığımızın hər iki ölkə üçün prioritet sahələrdən biri olduğu vurğulanıb.

Bundan əlavə, görüşdə bələdiyyələr, xüsusilə də Şəmkir, Bərdə və Beyləqan bələdiyyələri arasında əməkdaşlıq məsələləri də müzakirə olunub.

Oxunma sayı 3191
Siyasət rubrikasından digər xəbərlər