Kişiyə pul kisəsi kimi baxmıram - Tanınmış aparıcıdan ETİRAF-FOTO-VİDEO

16:05 29.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tanınmış aparıcı Lətafət Ələkbərova açıq-saçıq fotosessiyası ilə diqqət çəkib.

Hafta.az xəbər verir ki, yenicag.az-a açıqlama verən aparıcı şəxsi həyatı ilə də bağlı etiraflar edib.

“Yeni fotosessiyamın müəllifi Niko Abbasovdur. Burada daha fərqli tərzdə görünürəm. Bu da rəngarəngliyi, fərqliliyi sevməyimdən irəli gəlir. Bəzən yazırlar ki, çox enerjili, sevgidolu xanımsız, sizi xoşbəxt edən o şəxs kimdir?

Onlara cavab olaraq deyim ki, həyatımda heç kim yoxdur. Çünki özümə və ruhuma yaraşan yoxdur. Təki yanımda kimsə olsun ki, tək olmayım deyə bir düşüncəni heç vaxt qəbul etməmişəm.

Kişiyə pul kisəsi kimi də baxmıram. Çünki maddi maraqların olduğu yerdə sevgidən söhbət gedə bilməz. Sevgi bütün günü mesajlaşmaq, danışmaq da deyil. O insanın yanında huzurlu və xoşbəxtsənsə, sevgi odur. Ruhun və bədənin onunla tamamlanırsa, demək ki, bu, sevgidir. Gerisi yalan”.

Hafta.az fotoları və videonu təqdim edir:

Oxunma sayı 10458