"Karantin müddəti uzanarsa, DİM adekvat addım atmalıdır"- Ekspertlər

15:51 01.07.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Xəbər verdiyimiz kimi, ölkədə karantin müddətinin uzadılması məsələsi gündəmdədir. Vaxtın uzadılması imtahanların keçirilmə vaxtına da təsir edə bilər.

Mövzunu hafta.az-a şərh edən təhsil eksperti Elçin Əfəndi dedi ki, imtahanların keçirilməsi və ya vaxtın uzadılmasıyaxşı nəsə vəd etmir:

"Əvvəlki ilin məzunları imtahanları verməyiblər. Karantin müddəti uzadıldıqca abituriyentlər oxumaq istəmirlər. Artıq beziblər. Dərslərdən uzaqlaşırlar. Bu il nəticə ürək açan olmayacaq. Blok imtahanlarının keçirilməsi iyunun 20-dən sonra keçirilməsi nəzərdə tutulurdu. Belə uzadılma blok imtahanlarının vaxtını uzadır. Psixoloji dəstəyə ehtiyac var. Abituriyentlər üçün həssas məqamlardır. DİM xüsusi karantin rejimi uzandıqca imtahanların keçirilməsi üçün adekvat addım atmalıdır. Ümümi müzakirələr aparılıb. Artıq ictimaiyyətdə narazılıq yaranır. Şagirdlərin vəziyyəti nəzərdə alınmalıdır"

Kamran Əsədovun fikrincə isə, 2020-ci il abuturiyentlər üçün olduqca uğursuz il oldu:

"Mart ayının 3-dən orta məktəblərdə dərslər dayandı, ardınca onların qəbul və buraxılış imtahanlarında nəticə əldə etməsinə birbaşa təsir edən hazırlıq kursları və repititorluğun fəaliyyətinə məhdudiyyət tətbiq edildi və nəticədə şagirdlər normal dərsdən geri qaldılar.
Artıq neçə dəfə karantin səbəbi ilə imtahanlar təxirə salınır. Bəli, insanların sağıamlığı hər şeydən önəmlidir. Amma düşünürəm ki, qaydalara əməl edilməklə imtahanların təşkili mümkündür. Son qərar şagirdlərə olduqca böyük psixoloji sarsıntı yaratdı. Artıq onların özlərinə olan inamı aşağı düşdü. Məhz bu amil onların qəbul imtahanlarındakı nəticələrə ciddi şəkildə təsir edəcəkdir.
Mövcud vəziyyətdə imtahanların avqust ayının sonuna qədər uzanacağını gözləmək olar. Bu da şagirdlərin həm psxioloji, həmdə zehni yorulmasına gətirib çıxaracaq.
Hətta biz 9,10, 19 iyunda keçirilən buraxılış imtahanlarında şagirdlərin nəticələrini təhlil edəndə onların əvvəlki illərlə müqayisədə zəif yazdıqlarının şahidi olduq.
Təklif edirəm ki, qəbul və buraxılış imtahanları birləşdirilməklə vahid bir imtahan keçirilsin. Problemi yalnız belə həll etmək mümkündür. Belə ki, şagirdlər iki dəfə imtahana gəlməyəcəklər. Bununla yanaşı, yollarda və ictimai nəqliyyatda sıxlığın aradan qaldırılması, şagirdlərin rahatlığının təmin olunması üçün imtahan keçirilən günlərdə digər vətəndaşların küçəyə çıxması qadağan olunmalıdır.
İmtahanların vaxtının hər fədə uzanması şagirdlərə psixloji və mənəvi zərər vurursa da, valideyinləri də əlavə xərcə salır. Belə ki, bir çox müəllim repititorlar və hazırlıq kursları online xidmət göstərirlər. Normalda may ayında başa çatmalı olan hazırlıqlar imtahanların uzanması səbəbindən daha da uzanır və valideyinlər əlavə hazırlıqlara pul ödəyirlər.
Ümumiyyətlə karantin rejiminin uzanması özəl təhsil sektorunun fəaliyyətinə də ciddi təsir göstərəcək və gələcəkdə onların fəaliyyəti sual altına düşəcək.
Hesab edirəm ki, əgər vahid imtahan keçirmək mümkün deyilsə, 5-15 iyul tarixləri arasında bütün ölkə ərazisində imtahanları təşkil etmək lazımdır. Çünki bundan sonra ixtisas qrupları üzrə imtahanlar var. İki imtahan arasında vaxtın azlığı abiturieyntlərin növbəti imtahana hazırlaşmasına mənfi təsir göstərir".

Oxunma sayı 5833