Nursultan Nazarbayevin Qazaxıstan tarixində rolu

12:20 02.07.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu yaxınlarda Qazaxıstanın birinci prezidenti, Elbaşı Nursultan Nazarbayevin 80 yaşı tamam olacaq. Bu münasibətlə Qazaxıstanın ölkəmizdəki səfirliyi məqalə hazırlayaraq “Həftə içi” qəzetinin redaksiyasına göndərib. Məqaləni olduğu kimi təqdim edirik:

XX əsrdə dünya müxtəlif yerlərdə bir sıra hadisələrin sürətli inkişafının şahidi oldu. 1990-cı illərdə Qazaxıstan da öz modernləşmə yoluna qədəm qoyub. Ölkəmizin intihabının və irəliyə can atmasının zamanı çətin 1990-cı illərdəki tarixi dövrə təsadüf edib.

Bu gün, suveren Qazaxıstanın yolunun necə ola biləcəyi barədə müxtəlif fikirlər söyləmək olar, lakin respublikanın tarixində onun ilk Liderinin şəxsiyyəti faktoru taleyüklü olub. Çoxdan məlumdur ki, bir şəxsiyyət tarixi gedişatını dəyişdirə bilər. Məsuliyyətini üzərinə götürmək, ölkənin inkişafı ilə bağlı aydın baxışa sahib olmaq və onu müdafiə etmək – tarixi şəxsiyyətlərin bu cəhətləri tarixin ən kritik və əhəmiyyətli məqamlarda xalqlara xüsusilə lazım olur.

Nursultan Nazarbayev Qazaxıstanın tarixində Türkiyədə Atatürk, Fransada Şarl de Qoll, Malayziyada Maxatxir Mohammad, Sinqapurda Li Kuan Yu, Çində Den Syaopin üçün və s. kimi dünya şöhrətli islahatçıların öz ölkələrinin inkişafında oynadığı genişmiqyaslı rolu oynayıb.

Sovet İttifaqı dağılandan sonra müasir Qazaxıstan inkişafın kompleks çağırışlarına cavab verməli oldu. Ondan başlamaq lazımdır ki, iri dövlətləri və qeyri-stabil cənub qonşuluğu ortasında yerləşən coğrafi mövqe mürəkkəbgeosiyasi vəziyyətini müəyyənləşdirirdi və iqtisadi imkanlarını daraltdı. Respublika kifayət qədər çətin sosial-demoqrafik vəziyyətlə üzləşib. Həmin dövrdə, SSRİ-nin sürətlə dağılması səbəbindən Qazaxıstanın 1990-1994-cü illərdə iqtisadi istehsalatın həcmi 2, nəqliyyat daşımaların həcmi 2-3 dəfə, kənd təsərrüfatın istehsalatı 30 faiz azaldı. Kömür, dağ-mədən və digər sahələrdəki ittifaq önəmli sənaye nəhəngləri işini dayandırdı. İşsizlik artırdı, kütləvi iqtisadi miqrasiya başladı. Qazaxıstan da SSRİ-də mövcud olan qeyri-effektiv iqtisadi modeli adlamalı idi. 

Bazar iqtisadiyyatına üz tutan ölkədə idarəetmənin arxaik mexanizmlər və dövlət institutlarının təşkilatları qaldı. 30-dan çox dini konfessiyaya mənsub 130-dan çox milliyyətdən ibarət çoxmillətli cəmiyyətdə sülh və əminamanlığı qorumaq vacib idi. Qonşular və iri ölkələri ilə xarici əlaqələrin qurulması vəzifəsi ortaya çıxdı, dünya ictimaiyyətində öz yerini tapmaq lazım idi.

Bütün bu çətinliklərdən gənc Qazaxıstan ilk prezidentinin rəhbərliyi altında keçdi. Hazırda, ilk illərin çağırışları və məhdudiyyətlərin kompleksi başqa cür görünür – onların çoxusu inkişaf imkanına çevrilib. İllər keçdikcə, aydın olur ki, qeyri-müəyyənlik dövründə Qazaxıstan millətinin lideri təkcə öz dövrü üçün cəsur qərarları qəbul etməyi deyil, həmçinin, milləti böhranlı dövrdə birləşdirməyi, onu inkişafın yeni mərhələyə çıxartmağı bacarıb.

1990-cu illərin əvvəlində Nursultan Nazarbayev öz dövlət inkişaf proqramının bütün sahələrini qısa zamanda hazırlamağı və milli modernləşməni həyata keçirməyi bacarıb. O, “əvvəlcə iqtisadiyyat, sonra siyasət” inkişaf düsturunu təqdim edib. Yəni, ölkə öncə iqtisadi inkişafa, sonra isə onun üzərində demokratik institutların inkişafına üstünlük verib.

Günümüzdə bu təcrübə “Nazarbayev modeli” və ya Qazaxıstanın yolu kimi tanınır. Onun əsasında ilk növbədə duran vəzifələrin rasional şəkildə həll olunmasında əsaslanan düşünülmüş və mərhələli dövlət quruculuğu, gələcəkdə ambisiyalı məqsədlərə can atması dayanır. Üç onilliyin bütün geniş tarixini bu yazı formatında ehtiva etmək sadəcə mümkünsüzdür, lakin qısaca desək, Qazaxıstanın birinci prezidentinin səyləri islahatlar və inkişaf üçün əsas mərhələlərə yönəlib.

1990-cı illərin əvvəli birinci modernləşmə dövrüdür. Həmin dövrdə dövlət idarəetmənin sistemini yenidən qurmaq, bazar iqtisadiyyatının əsasını formalaşdırmaq və dünya ictimaiyyətinə daxil olmaq kimi vəzifələr dururdu. Bu dövrdə Qazaxıstan iqtisadi, sosial və ictimai-siyasi sahələrdə “üçlü tranzit” həyata keçirib. Həyatın bütün sahələrdə islahatlar keçirilib.

Qazaxıstan demokratiyanı siyasi inkişaf quruluşunun modeli kimi şüurlu şəkildə seçib. 1995-ci ildə yeni Konstitusiyanın əsasında icra, qanunverici və məhkəmə sistemlərinin ayrılması ilə siyasi sistem yaradılıb, hüquqi dövlətin əsasları qoyulub. Dövlət tərəfindən dərin iqtisadi dəyişikliklər həyata keçirilib və bazar iqtisadiyyatını əsas mexanizmlər formalaşdırılıb. Qeyri-müəyyənlik fonunda Qazaxıstan stabilliyini müdafiə edib və cəmiyyətdə etnik və dini barışığını qoruyub.

Qazaxıstan sülh inkişafa yönələn dövlət kimi özü barədə bütün dünyaya elan edib və öz istəyi ilə SSRİ-dən qalmış dünyada dördüncü ən güclü nüvə arsenalından imtina edib. Gənc dövlət dünyanın əksər ölkələri ilə diplomatik əlaqələri qurub, dünya ictimaiyyətinin üzvü olub və beynəlxalq tanınmasına nail olub. Bu dövrə Qazaxıstan dövlətin uzunmüddətli inkişaf strategiyasını hazırlayaraq, gözlənilməz addım atıb. 1997-ci ildə Nursultan Nazarbayev ictimaiyyətə həyatın bütün sahələrdə detallı fəaliyyət planı ilə 2030-cu ilə qədər İnkişaf strategiyasını təqdim edib. Həmin dövrdə, bir çox postsovet ölkələri başı vacib sosial-iqtisadi və daxili siyasi məsələlərin həllinə qarışdığı zaman, Qazaxıstanın birinci prezidenti irəliyə baxmaq, gələcək bir neçə onillikləri nəzərdən keçirtməyə təklif edirdi.

Qazaxıstanın ikinci modernləşməsi 1990-cı illərin üçüncü rübündə başlayıb və 2010-cu illərin ortalarında tamamlanıb. Bu dövrdə təşkilat cəhətdən yenilənmiş Qazaxıstan çətin islahatların və səylərin bəhrəsini görməyə başlayıb və milli inkişaf strategiyası çərçivəsində irəliyə getməyə davam edib. Nursultan Nazarbayevin rəhbərliyi altında iqtisadiyyat dayanıqlı inkişaf trayektoriyasına çıxıb, ölkədə müasir dövlət institutları sistemi və orta sinif formalaşıb.

Cəmiyyətin rifahı artıb, əgər 1990-cı illərdə adambaşına olan ÜDM 700 dollar təşkil edirdisə, 2013-cü ilə qədər bu göstərici 12 min dollara çatıb. Həyat keyfiyyəti nəzərəçarpacaq dərəcədə yaxşılaşıb ki, bunun nəticəsində, Dünya Bankı Qazaxıstanı orta gəlir ölkələri sırasına daxil edib. 1998 və 2008-2009-cu illərin iki dünya iqtisadi böhranlardan müstəqil Qazaxıstan hiss olunacaq itkilər olmadan çıxıb, bu da gənc ölkəsinin bərkliyini, onun dayanıqlığını nümayiş etdirib. Həmin dövr üçün ölkənin iri uğurlu nailiyyəti, ölkənin paytaxtını bu gün birinci prezidentin adını daşıyan şəhərə - Nur-Sultana köçürülməsi olub. Yeni paytaxt dövlət inkişafının bir sıra strateji vəzifələrini həll edib və ölkəmizin yeni tarixi dövrünün simvoluna çevrilib. Bu, iqtisadi inkişafın effektivliyinin artmasına yönələn idarəetmədə yeni nailiyyətlərin, siyasi modernləşmənin, iqtisadiyyatda perspektivli istiqamətlərin axtarışının və institusional dəyişikliklərin zamanı idi.

2012-ci ildə Qazaxıstan 50 ən rəqabətə davamlı ölkələr siyahısına daxil olub. Həmin illərdə “Qazaxıstan-2050” Strategiyasında Nursultan Nazarbayev yeni iddiaları məqsəd qoyub – bir neçə illərdən sonra dünyanın 30 ən qabaqcıl ölkələri arasında yer tutmaq. Bu oriyentir gələcək illər üçün dövlət quruculuğunun yeni məntiqini qurmuş Qazaxıstanın milli ideyasının konturlarını cızıb.

Qazaxıstanın bu məqsədə doğru davamlı irəliləməsini birinci prezidentin 2017-ci ildə elan etdiyi hazırkı üçüncü modernləşmə təmin edir. Bu illər ərzində respublika artıq öz artım potensialını nümayiş etdirib. Nursultan Nazarbayevin siyasəti sayəsində Qazaxıstanın ÜDM-i 22 milyard dollardan 184 milyard dollaradək artıb. İşgüzar fəallığı üçün şəraitlərin inkişafı üzrə səylər ölkənin Dünya Bankının “Doinq Business” reytinqində 2005-ci ildə 86-cı yerdən 2019-cu ildə 25-ci yerə qədər qalxmasına gətirib çıxarıb.

İnkişafın yeni məqsədinə çatması xalqa məruzə edən təcrübəli dövlətin yaradılması üzrə islahatların davam etdirilməsi kömək edəcək. Bu müasir dövrünün prioritetləri sırasında iqtisadiyyatının effektiv inkişafı, sərmayələrin cəlb edilməsi, innovativ sənayeləşmə, gələcək sosial modernləşməsi və millətin vahidliyinin qorunması durur. Bu dövr çərçivəsində ölkədə siyasi islahatlar və iqtisadi dəyişikliklər davam etdirilir. Gələcək inkişafın kökündə insan kapitalı və “Ruhani janqıru” xüsusi proqram çərçivəsində mənəvi modernləşmə durur. Cari tapşırıqlarda bir biri ilə toqquşmayan üç modernləşmə, cəmində vahid məzmununa və alqoritminə sahib olan yekdil yenilənmə və inkişaf prosesini təşkil edir. Stabil dövlət sistemi və güclü prezident hakimiyyəti ölkədə dərin islahatların həyata keçirilməsinə şərait yaradıb.

Ümimilikdə, əsas nəticə ondan ibarətdir ki, müasir Qazaxıstan 1990-cı illərdə sağ qalma mərhələsindən çoxdan çıxıb və ən çox inkişaf etmiş ölkələr arasında öz yerini tapilması ilə bağlı qlobal rəqabət mərhələsinə keçib. Qazaxıstanın lideri həmişə respublikanı yaranan trendlərə və növbəti artım üçün yeni qlobal dalğasına uyğun etməyə çalışıb.

Qazaxıstanın dünya arenasında mövqelərini ayrıca qeyd etmək lazımdır. Bu illər ərzində birinci prezidentin bir çox ideyalar və təşəbbüsləri həyata keçirilib və bu gün ardıcıl şəkildə inkişaf etdirilir. Qazaxıstan qlobal nüvə təhlükəsizliyi sahəsində aparıcı oyunçulardan biri kimi, Dağlıq Qarabağ, İran, Ukrayna, Suriya və s. münaqişələrdə bir sıra nəticələrə nail olub, öz paytaxtında keçirilən dünya və ənənəvi dini liderləri qurultayı əsasında qlobal dinlərarası dialoqunu qurub və onu davam etdirir.

Qazaxıstanın sülhsevər siyasəti ölkənin ATƏT, ŞƏT, İƏT təşkilatlara, 2017-2019-cu illər üzrə BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsinə imkan yaradıb. Nursultan Nazarbayevin Avrasiya ideyası Avrasiya İqtisadi Birliyində öz əksini tapıb. Qazaxıstan ÜTT-nin üzvü olub və iri infrastruktur layihələrin həyata keçirilməsi sayəsində ölkəmizin ərazisi ilə quru dəhlizləri vasitəsilə keçən Şərqlə Qərb arasında ticarət daşımalarının operatoruna çevrilib.

Ölkənin xarici siyasəti bəri başdan konstruktiv xarakter daşıyır və çoxşaxəlik prinsipinə əsaslanır. Dünyanın müxtəlik geosiyasi mərkəzləri ilə balanslaşmış münasibət Qazaxıstana Rusiya, Çin, ABŞ, Avropa İttifaqı, Mərkəzi Asiya, İslam dünyası ölkələri ilə qarşılıqlı faydalı əlaqələri qorumağa imkan yaradır. Qonşularla mehriban münasibətlər sayəsində Qazaxıstan tarixində ilk dəfə aydın, toxunulmaz, sənədlərdə öz əksini tapan, dünya ictimaiyyəti tərəfindən qəbul olunan sərhədlərə sahib olub.

Öz dövlətinin yaradılması əsrlər boyu Mərkəzi Avrasiyanın ucu-bucağı olmayan ərazilərə nəzarət edən xalqının minillik tarixində dönüş nöqtəsi olub. XX-XXI əsrlərin dönəmi Qazaxıstan üçün hətta bir dönüş dövrü deyil, əsl tektonik sürüşmə dövrü olaraq qeyd olunub. Liderin rəhbərliyi altında düşünülmüş modernləşmənin üç mərhələləri nəticəsində ölkə “zaman sıçrayışını” edib, yəni tez bir zamanda, heç bir tərəddüd olmadan bir siyasi-tarixi dövründən yenisinə, bir iqtisadi quruluşdan digərinə keçid edə bilib.

Bir neçə ildən sonra Nursultan Nazarbayev deyəcək: “...Qazaxıstan özünə də yaxın qonşulara göstərib ki, miqyasından asılı olmayaraq, qarşısında qoyduğu məqsədlərə çata bilər. Strateji məqsədlərin irəli aparılmasında davamlılıq, varislilik – bunların hamısı bizə uğur, inkişafımızın dayanıqlığını təmin edir...”. Bu qısa və çox mənalı sözlərdə üç dövrün bütün məntiqi və nəticələri ehtiva olunub.

Ölkələrimiz arasında mehriban qonşuluq, qarşılıqlı etimad və strateji tərəfdaşlığın uzunmüddətli strategiyası Qazaxıstanın birinci prezidenti – Elbası Nursultan Nazarbayev və Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyev və sonradan Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qurulub. Bu gün, ölkəmizin dövlət başçısı, Prezident Kasım-Jomart Tokayev dəyişməz çoxşaxəli xarici siyasət kursunu davam etdirərək, Azərbaycanla hərtərəfli əlaqələrin bundan sonra da möhkəmlənməsinə böyük əhəmiyyət verir.

Xalqlarımızı çoxəsrlik dostluq telləri, tarixin, dinin, dilin və mədəniyyətin oxşarlığı birləşdirir. İldən ilə sərmayə, ticari-iqtisadi, yanacaq-energetika, tranzit-nəqliyyat, kənd təsərrüfatı, mədəniyyət-humanitar və digər sahələrdə qarşılıqlı faydalı ikitərəfli və çoxtərəfli əməkdaşlıq genişlənir. Beynəlxalq gündəliyin aktual məsələlər üzrə mövqelərin yaxınlığı ahəngli dialoqa yola açır. Hazırda ölkələrimiz arasında hansısa ziddiyyət ya da anlaşmazlıq yoxdur.

Biz, təşəbbüsü Nursultan Nazarbayevə aid olan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində də tərəfdaşlıq əlaqələrini gücləndiririk.

2019-cu ilin oktyabrın ortasında Qazaxıstanın birinci Prezidenti Bakıya səfər edib və səfər çərçivəsində fəxri sədr qismində Türk Şurasının yubiley 7-ci sammitində iştirak edib və Türk Dünyasının Ali Mükafatına layiq görülüb. Bu mükafat, Elbasının türk dünyasının birliyi ideyasının qurulmasında, türkdilli ölkələri arasında həmrəyliyin möhkəmləndirilməsi işinda şəxsi töhfələrin təzahürü olub.

Qazaxıstanda Azərbaycanın iştirakı olan 570 hüquqi şəxs, eyni zamanda 221 birgə müəssisə qeydiyyatdan keçib.

Elbasının təşəbbüsü ilə həyata keçirilən “Nurlı Jol” proqramı, Çinin “Bir kəmər, bir yol” təşəbbüsü, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) çərçivəsində nəqliyyat-logistika sahəsində əməkdaşlıq fəal şəkildə həyata keçirilir. Bununla yanaşı Bakı-Tbilisi-Qars beynəlxalq dəmir yolu maqistralı da böyük əhəmiyyət kəsb edir.

İkitərəfli iqtisadi əməkdaşlığın qurulmasına, həmçinin, Ticari-İqtisadi Əməkdaşlığı üzrə Qazaxıstan-Azərbaycan Hökumətlərarası Komissiyanın işi də öz töhfəsini verir. Nursultan Nazarbayev tarixdə ikitərəfli dostluq əlaqələrin inkişafına və möhkəmlənməsinə mühüm töhfə verən şəxsiyyət kimi düşəcək.

Bu günlərdə Nursulta Nazarbayevin 80 yaşı tamam olacaq. Qazaxıstan xalqı da uğurlu islahatçının – hakimiyyət dövrü ərzində qazaxıstanlıları bütün çətinliklərdən uğurla keçirdən, gənc dövlətini möhkəmləndirən və onu inkişafın keyfiyyətcə yeni səviyyəyə qaldıran xalqın Liderinin yubileyini xüsusi hörmət və şükranlıqla qeyd edəcək.

Oxunma sayı 3128