ATU-nun Tədris Cərrahiyyə klinikasının 33 tibb işçisi COVİD-19-a yoluxub

11:38 07.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə klinikasının 33 tibb işçisi COVİD-19-a yoluxub.

Hafta.az-ın məlumatına görə, bunu universitetin mətbuat xidmətinin rəhbəri Günel Aslanova deyib.

Onun sözlərinə görə, virusa yoluxan tibbi personalın 21-i reanimasiya şöbəsinin həkimidir.

G.Aslanova ATU-nun Tədris Terapevtik Klinikasında da tibbi personal arasında yoluxma hallarının olduğunu söyləyib.

G.Aslanova qeyd edib ki, Tədris Terapevtik Klinikada 24 tibb işçisi virusa yoluxub: "Onların arasında həkim, tibb bacısı, sanitar işçisi də var. Amma həmin şəxslərdən artıq sağalıb işə qayıdanlar da var".

Oxunma sayı 2596