Ermənistan itkilərini etiraf etməyə davam edir, daha iki nəfərin adı açıqlanıb

18:19 14.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistan Azərbaycan Silahlı Qüvvələri ilə döyüşdə itkilərini etiraf etməyə davam edir.

Hafta.az-ın məlumatına görə, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan daha iki erməni hərbçinin öldüyünü açıqlayıb.

Kiçik serjant Smbat Qabrielyan və kiçik serjant Qrişa Matevosyan Azərbaycan Silahlı Qüvvələri tərəfindən döyüşdə məhv edilib.

Ş. Stepanyan bundan əvvəl bir mayor və bir kapitanın döyüşdə öldürüldüyünü açıqlamışdı.

Oxunma sayı 2190
Siyasət rubrikasından digər xəbərlər