BƏƏ-də COVID-19-la mübarizənin son tablosu

10:20 31.07.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) son 24 saatda koronavirus infeksiyasına 375 nəfər yoluxub və bununla da ölkədə yoluxanların sayı 59921-ə çatıb. İyulun 29-na olan məlumata görə, onlardan 53202 nəfər virusu yenərək sağalıb, 347 nəfər isə vəfat edib. 

BU rəqəmlər BƏƏ-nin ölkəmizdəki səfirliyindən Hafta.az-a daxil olan məlumatda əks olunub. BƏƏ-nin ölkəyə gələn sərnişinlər üçün əvvəlcədən COVID-19 PZR testlərinin tələb edilməsi qərarı avqustun 1-dən qüvvəyə minəcək. Səlahiyyətlilər BƏƏ ilə əlaqəli COVID-19 sınaq mərkəzi olmayan ölkələrdən BƏƏ-yə gələn sərnişinlər üçün aviaşirkətlər yerli təsdiq edilmiş klinikalardan testlər qəbul edəcəyini açıqlayıblar. Seçilən ölkələrdən olan sərnişinlər BƏƏ-yə gəldikdən sonra yenidən sınaqdan keçiriləcək. BƏƏ-dən İngiltərəyə və AB ölkələrinə səyahət edən bütün sərnişinlər, yola düşmədən əvvəl PZR testindən keçməlidirlər.

BƏƏ-nin səhiyyə orqanları ölkədə aparılan qeyri-aktiv COVID-19 peyvənd tədqiqatının üçüncü mərhələsinin yeni sınaqlarda iştirak etmək üçün 15 minədək könüllüyə icazə verib. Əsas sınaqlar Əbu Dabi Səhiyyə Xidmətləri Şirkəti (SEHA), Əbu Dabi Səhiyyə Departamenti, G42 və Çinin Sinopharm farmokoloji şirkətinin birgə əməkdaşlığı nəticəsində həyata keçirilir.

COVID-19 virusunun yayılmasını izləyən R0 və ya çoxalma nömrəsi aşağı enib ki, bu da BƏƏ-də pandemiyanın azaldığını təsdiqləyir. Hazırda 1-dən aşağı yəni 0.74 olan R0 yoluxmanın getdikcə azalacağını göstərir.

BƏƏ aviasiya sənayesi sərnişinlərin inamını təmin etmək üçün yeni tədbirlər tətbiq edir. "Emirates" hava yolları dünyada təyinatından və səyahət sinfindən asılı olmayaraq bütün sərnişinlərə ödənişsiz COVID-19 sığortası təqdim edən ilk aviaşirkətdir. Sərnişinlər tibbi və karantin xərclərinin ödənilməsi üçün avtomatik olaraq qeydiyyata alınacaqlar.

BƏƏ COVID-19 ilə mübarizədə beynəlxalq səylərə sadiqliyini müzakirə etmək üçün ikinci növbədənkənar "G-20 Sherpa" toplantısında iştirak edib, COVID-19-un inkişaf etməkdə olan və az inkişaf etmiş ölkələrə təsirinə diqqət yetirməyin vacibliyini vurğulayıb və G-20-nin planlarını yüksək qiymətləndirib.

Əbu Dabi Səhiyyə Departamenti və Xəlifə Universiteti COVID-19 RNT çıxarılması üçün reagent hazırlayıblar. İki həftə ərzində işlənib hazırlanmış yerli reagent hazırda 4,5 milyonu ötmüş testlərin həcmi və sürətini daha da artıracaq.

Yaxın günlərdə Əbu Dabinin giriş nöqtələrində sürətli COVID-19 müayinəsi həyata keçirmək üçün yeni mərkəzlər yaradılacaq. BƏƏ-nin QuantLase Imaging Lab laboratoriyası tərəfindən hazırlanmış DPI test üsulu nəticəni 5 dəqiqəyə bildirir ki, bu da minlərlə insanın müayinəsini mümkün edir.

Mart ayından başlayaraq Əbu Dabidə sərt karantin qaydaları əsasında daha çox sayda ictimai çimərlik, parklar və tematik parklar açılıb. Ticarət mərkəzləri xaricindəki restoranlarda insan tutumu 80 faizədək artırılıb. Bir çox BƏƏ vətəndaşları və sakinləri, Qurban Bayramı tətili ilə əlaqədar ticarət mərkəzləri, idman salonları, kinoteatrlar, əyləncə mərkəzlərində tətillərə üstünlük verirlər.

Bu həftə BƏƏ üçüncü təcili tibbi yardımı Kolumbiyaya göndərdi. Bu günədək BƏƏ 1 milyondan çox tibb mütəxəssisinə kömək edərək 90 ölkəyə 1,44 metrik tondan çox COVID-19 yardımı göstərib.

Oxunma sayı 3675