Özəl çimərliklərdə qiymətlərə dövlət müdaxilə edə bilmir - PROBLEM

11:21 10.08.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Koronavirus pandemiyası ilə əlaqədar olaraq bu il çimərlik mövsümü vaxtından gec başladı. Bu, vətəndaşları nə qədər narahat edən bir məsələ idisə, analoji olaraq sahibkarlar üçün də acınacaqlı vəziyyət yaradırdı. Çünki çimərliklərin xərcləri yalnız vətəndaşların o çimərliklərə üz tutmasından, orada pul xərcləməsindən çıxarılır. Amma maraqlı olan odur ki, hər il olduğu kimi, bu il də özəl çimərliklərədə yüksək qiymət praktikası ənənəvi olaraq davam edir. Mövsümə uyğun olaraq satılan məmulatlar belə adi qiymətlərdən iki dəfəyə qədər fərqlənir.

Çimərliklərdə qiymətlərlə bağlı hafta.az-a danışan turizm eksperti Çingiz İsmayılov hesab edir ki, çimərliklərin çoxu özəl olduğu üçün qiymətlərə dövlət tərəfindən müdaxilə edilə bilmir:

“Bu il üçün monitoriqnlər aparmamışam. Amma özəl də olsa gərək aidiyyatı orqanlar tərəfindən bu məsələ diqqətdə saxlanılsın ki, özbaşınalıq baş alıb getməsin. Özəl sektor o demək deyil ki, sahibkar nə qiymət istəyirsə, o qiyməti tətbiq etməlidir. İstehlakçı özü qiymətləri müəyyən edərkən, insaflı davranmalıdır. Bundan əlavə, bazar özü də tənzimləyir. Bu gün turizm sektorunda problemlər həddindən artıq çoxdur. Belə olan halda turizm sektoru gəlir əldə etməyəcək. Turizm sektorunda balanslaşdırılmış siyasət aparılmalıdır”.

Çimərlik mövsümünü də turizm sektorunun bir hissəsi saysaq, o zaman xarici turistlər üçün də qiymətlər əlverişli olmalıdır. Bəs bu mənada hansı ölkələrin praktikası tətbiq edilə bilər?

Ekspert turizm sektorunda xarici dövlətlərin praktikasının nümunə götürülməli olduğunu doğru hesab etmir:

“Həmişə bu sahədən danışılanda Gürcüstanı misal gətirirlər. Amma Gürcüstan nümunə deyil. Rusiyada da, Türkiyədə də turistlərə qayğı, diqqət və eləcə də yüksək xidmət göstərilir. Elə etməliyik ki, yerli vətəndaşlar da qazandıqları pulları istirahət üçün başqa ölkələrdə xərcləməsinlər. Xidmətin keyfiyyətini qaldırmalıdırlar, qiymətləri əlçatan etməldirilər. Düzdür, dəyişiklik istəyənlər üçün o da lazımdır. Amma məlum olan odur ki, biz də xidmətlərlə qiymətlər bir-birinə adekvat deyil. Qonşu ölkələr də digər ölkələrin praktikasından bəhrələnirlər. Qonşu ölkələrə gələn turistlərin sayı Azərbaycandan 3-4 dəfə çoxdur. Buna görə də gəlirlər çoxdur. Turizm sektorunun ölkə iqtisadiyyatı üçün əhəmiyyəti də ona görə böyükdür”.

Oxunma sayı 2526