Ticarət obyektlərində son vəziyyət- REPORTAJ

14:50 10.08.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Avqust ayının 10-dan başlayaraq ölkədə karantin qaydaları yumşadılmağa başlaldı. Operativ Qərargahın göstərişi ilə bir sıra xidmət sahələri, eləcə də şəhərdə ayrı-ayrı ticarət obyektlərinin fəaliyyəti bərpa olundu.

Hafta.az olaraq şəhərin bir neçə ərazisində olduq. Karantin qaydalarının yumşaldılmasından sonra vəziyyəti daha yaxından görmək istədik.

İlk öncə onu deyək ki, şəhərdə ən çox insanların sıx-sıx getdiyi satış mərkəzləri məişət əşyaları - telefon, komputer(hissələri), televizor və bu kimi vasitələr satılan yerlərdir. Ona görə də biz də onların bir neçəsinə üz tutduq.

İlk baş çəkdiyimiz yer "İrşad Electronics" oldu. Karantin müddəti alış-veriş edə bilməyənlər, bu gün tələsik bu məkana da üz tutublar.

Satış ofisində insanların çoxluğunu görürük. Buranın əməkdaşları çalışır ki, sosial qaydalara əməl olunsun. Müştərilərə yaxınlaşıb maska taxmalarını, girişdə spirtdən istifadə etmələrinin vacibliyini bildirirlər.

Satış təmsilçisi Nurlan Şərifov deyir ki, artıq gün ərzində müştərilərimiz çox olur.

Çalışırıq ki, müştərilərimiz sosial izolyasiya qaydalarına əməl etsinlər, etməyənlərə də öz məsləhətlərimizi veririk:

"Maskasız insanların daxil olmasının qarşısını alırıq. Girişdə qaydalara əməl etmələri barədə məlumatlandırıcı lövhə də vurmuşuq".

"Kontak Home"da da insanlar çoxdur, amma nəzarət də var, müştərilərin maskasız girişi mümkün deyil.

Satış təmsilçiləri də məsələyə həssas yanaşırlar. Və satış mərkəsinin işçisi

Samirə Əfəndiyeva deyir ki, müştərilərimizdən xahişimiz odur ki, sosial qaydalara əməl etsinlər:

"Bizim bir əməkdaşımız qapıda durub, nəzarət edir, girən vətəndaşlara da əməl etmələri barədə tapşırır. Amma hər adam da qaydalara əməl edir desək, doğru olmaz".

Geyim satılan yerlərdə insanların azlığı müşahidə olunur. " 20 Yanvar" metrostansiyasın yaxınlığında yerləşən geyim dükanlarında bir neçə müştəri var. Satıcılar da deyir ki, karantindən sonra ilk günlərdi, ona görə də hələki müştərilər azdır. Yəqin ki, insanlar axın edərlərsə, qaydalara əməl olunmaları üçün nəzərət mexanizmi də güclənər.

Oxunma sayı 11596