"Bu il 14 ölkələrarası layihə həyata keçirəcəyik" - Səfir Seyid Abbas Musəvi

15:42 15.09.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"İran-Azərbaycan münasibətlərini gözü götürməyən qüvvələr var. Bizim bölgədəki proseslərə dair mövqeyimiz aydındır. Azərbaycanla əlaqələrimiz məhdudiyyətsizdir. Ermənistanla da adi qonşuyuq. Lakin İran istəməz ki, Azərbaycana qarşı hər hansı mənfi hal baş versin".

Hafta.az-ın yazdığına görə, bu sözləri İranın ölkəmizdəki səfiri Seyid Abbas Musəvi səsləndirib. Səfir deyib ki, İranda olarkən bu xəbərin dəqiqliyini aydınlışdırıb və məlum olub ki, heç bir əsası yoxdur. Diplomat qeyd edib ki, Rusiya Müdafiə Nazirliyi də həmin silahların Ermənistandakı öz hərbi bazasına daşıdığına dair açıqlama yayıb. Ona görə də, səfir Azərbaycan jurnalistlərini belə əsassız şayiələrə inanmamağa çağırıb.
Diplomat səfir olduğu müddətdə öllələrimiz arasında iqtisadi, eləcə də siyasi, mədəni və sair münasibətləri genişləndirməyə çalışacağını deyib.
Bildirib ki, ölkələrimiz arasında iqtisadi əlaqələri genişləndirmək üçün böyük potensial var. "Təxminən 30 layihəmiz var ki, onlardan 14-nü bu il həyata keçirmək istəyirik. Layihələr tibb, enerji, kənd təsərrüfatı və sair sahələri əhatə edir. Ticarət sazişi ilə bağlı müzakirələr aparmışıq və yaxşı nəticələr əldə olunub. Eləcə də dəniz ticarəti, enerji sahəsində danışıqlar gedir. Bu yaxınlarda geniştərkibli videokonfrans keçiriləcək. Bilirsiniz ki, Prezident İlham Əliyev martda İrana səfər edəcəkdi, amma pandemiyaya görə bu alınmadı. Ötən həftə enerji nazirlərinin müzakirələri olub. Görüşlər iki ölkə prezidentlərinin iştirakı ilə geniştərkibli konfransa hazırlıq məqsədi daşıyır", - deyib səfir Musəvi.

Oxunma sayı 4082
Gündəm rubrikasından digər xəbərlər