"İqtisadi əlaqələrimizin inkişafına xarici təzyiqlər mane olub" - İran səfiri

16:35 15.09.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"İki ölkə arasında iqtisadi əlaqələrin tam potensialından istifadə etməmək müxtəlif səbəblərdən asılıdır".

Hafta.az yazır ki, bu barədə İranın ölkəmizdəki səfiri Seyid Abbas Musəvi mətbuat konfransında deyib. 

"Ola bilər ki, biz prioritetləri düzgün seçməmişik və ya xarici təzyiqlərin təsiri olub. Ancaq yeni dönəmdə biz düzgün prioritetləri seçməkdə qərarlıyıq. Üçüncü ölkələrin təzyiqlərinin iqtisadi əlaqələrimizə mane olmasına imkan verməyək", səfir deyib.

Səfir əlavə edib ki, iki ölkə COVID-19 pandemiyasının iqtisadi layihələrə mane olmaması üçün əlindən gələni edir. 

Oxunma sayı 3782
Siyasət rubrikasından digər xəbərlər