"Bu məsələni son bir neçə ayda Ermənistana dəfələrlə xatırlatmışıq" - İran XİN

12:44 21.09.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt
İran Xarici işlər Nazirliyinin sözçüsü Səid Xətibzadə Ermənistanın, Fələstinin işğal olunmuş ərazilərində səfirlik açması və İsrailin Qafqazda fəallaşmasına münasibət bildirib. 
Səfirlikdən Hafta.az-a daxil olan məlumata görə, açıqlamada deyilir ki, saxta və qəsbkar rejim olan israil 70 ildən artıqdır fələstinlilərin torpaqlarında zülm edir. "Bu məsələ son bir neçə ayda Ermənistan dövlətinə dəfələrlə xatırladılaraq, Ermənistanın müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb. Ona deyilib ki, Qüdsü işğal edən rejimin nə işğal olunmuş ərazilərdə, nə də bu bölgədə yeri yoxdur", - açıqlamada qeyd olunur.
İran XİN sözçüsü bu hadisələrin Qarabağ münaqişəsinə təsiri barədə də danışıb. Deyib ki, sitat: Bizim baxışımız daim aydın olub. Bu bölgədə heç bir münaqişə hərbi yolla həll olunmayacaq. Azərbaycan və Ermənistan dövlətləri ilə təmasdayıq və öz fikirlərimizi bildirmişik. Həmçinin, heç bir kənar güc Allaha xatir və xoşniyyətlə regiona gəlmir. Bu münaqişənin ən yaxşı həl yolu regional həlldir. İran dəfələrlə kömək edib və problemin həll olunması üçün yenə də kömək edəcək.
Oxunma sayı 4506
Siyasət rubrikasından digər xəbərlər