Rusiya XİN Qarabağdakı döyüşlərlə bağlı bəyanat yayıb

12:30 27.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin kəskinləşməsi ilə əlaqədar bəyanat yayıb.

Hafta.az-ın məlumatına görə, bəyanatda deyilir: "Məlumatlara görə, Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyət kəskin şəkildə gərginləşib. Təmas xətti boyunca hər iki tərəfdən intensiv atəş davam edir. İtkilər barədə məlumatlar daxil olur. Tərəfləri vəziyyəti sabitləşdirmək üçün dərhal atəşi dayandırmağa və danışıqlara başlamağa çağırırıq".

Oxunma sayı 1602
Siyasət rubrikasından digər xəbərlər