Leyla Abdullayeva Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinə cavab verib

19:29 27.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

 Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin açıqlamasını şərh edib.

L.Abdullayeva bildirib ki, işğalçı Ermənistanın silahlı qüvvələrinin baş qərargah rəisi bu gün verdiyi açıqlamasında Azərbaycan xalqının ünvanına nifrət məzmunlu irqçi ifadələr işlədib:

"Bu bəyanat Ermənistanda işğalçılıq, etnik nifrət və Azərbaycanafobiyanın dövlət siyasəti olduğunun bariz göstəricisidir.

21-ci əsrdə digər xalqlar haqqında belə fikirlər səsləndirməsi Ermənistan rəsmilərinin nə qədər sivilizasiyadan uzaq olduğunu nümayiş etdirir.

Biz beynəlxalq ictimaiyyəti Ermənistan rəsmisinin bu irqçi və şovinist açıqlamasını pisləməyə çağırırıq".

 

Oxunma sayı 831
Siyasət rubrikasından digər xəbərlər