Kolumbiya səfirliyi iş adamlarını 6-cı sammitdə iştiraka səsləyir

14:09 29.09.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Kolumbiyanın Azərbaycandakı səfirliyi ölkədəki bütün iş adamlarını bu il oktyabrın 7-dən 9-dək onlayn formatda keçiriləcək Kolumbiyadakı birbaşa xarici investisiyalar sahəsində ən əlamətdar hadisə olan "Colombia Investment Summit" adlı 6-cı investisiya sammitində iştirak etməyə dəvət edir.

Hafta.az yazır ki, "Colombia Investment Summit" Kolumbiya Ticarət, Sənaye və Turizm Nazirliyi və “PROCOLOMBIA” - milli təşviq agentliyi tərəfindən təşkil olunur.

6-cı Kolumbiya İnvestisiya Sammitində Kolumbiya Prezidenti İvan Duke Markes və Nazirlər Kabineti üzvlərini, ABŞ-ın keçmiş Prezidenti Bill Klinton da daxil olmaqla məşhur panelistlər iştirak edəcək (tam gündəliyə baxın: https://colombiainvestmentsummit.co/es/agenda).

Bu virtual sammitdə investorlar kolumbiyalı yerli şirkətlərlə strateji əməkdaşlıq qurmaq, investisiya axtarışında olan layihə başçıları ilə tanış olmaq və Kolumbiyaya gəliş üçün əsas təşkilatlarla əlaqə yaratmaq imkanı qazanacaqlar. Bu təşkilatlar arasında milli hökumət qurumları, sərbəst ticarət zonaları və regional təşviq agentlikləri də yer alır. Həmçinin, xarici investorlar Kolumbiya iqtisadiyyatını canlandırmaq üçün görülən tədbirlər, birbaşa xarici investisiyaların bu tədbirlərdə ki rolu, yaxın bir neçə il ərzində ölkə üçün müsbət gələcək və rəqabət qabiliyyəti baxımından əldə olunan irəliləyişlər haqqında ilkin məlumatları əldə edə biləcəklər.

Bundan əlavə, sammit, yerli şirkətlər, layihə menecerləri və dövlət qurumları ilə təkbətək görüşlər keçirmək imkanı yaradacaq ki, bu da ölkənin investisiya mühiti haqqında daha ətraflı məlumat əldə etməyə kömək edəcəkdir. Əlavə olaraq, müxtəlif sektorlarda investisiya siyasətinin və imkanlarının izah ediləcəyi bəzi “sektor görüşləri”də baş tutacaq.

Tədbir və iştirak qeydiyyatı proseduru haqqında daha ətraflı məlumat üçün bu sammitin rəsmi səhifəsinə müraciət edə bilərsiniz: https://colombiainvestmentsummit.co/es.

Eyni zamanda, sammitlə marağlananlar, sual olduğu halda [email protected] ünvanı ilə əlaqə saxlaya bilərlər

Oxunma sayı 1769