"Qarabağ müharibəsinin sonunadək hər əsgərə bir bağlama!"

11:57 01.10.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyada yaşayan Azərbaycanlı iş adamı, "AzNar" Şirkətinin rəhbəri Fərhad Əhmədov Göyçay rayonuna gələrək ön cəbhədə düşmənlə döyüşən Azərbaycan ordusuna dəstək olmaq üçün və müharibədə yaralanan əsgərlərimizin müalicə aldığı hospitallarda yardım etmək məqsədilə xeyriyyə kampaniyasına başlayıb.

Hafta.az-ın yazdığına görə, hazırda hərbi hissələrə “AzNar” şirkətinin məhsullarının, eləcə də əsgərlər üçün zəruri olan müxtəlif çeşiddə əşyaların çatdırılması prosesi həyata keçirilir. Artıq 3 gündür ki, F.Əhmədovun rəhbərliyi ilə bir neçə yük avtomobili vasitəsilə hərbi hissələrə və hospitallara yardım bağlamaları göndərilir. Bağlamalara “AzNar” Şirkətində istehsal olunan meyvə şirələri və qida məhsulları ilə yanaşı əsgərlər üçün lazım olan geyim əşyaları, siqaretlər, ciletlər və digər əşyalar daxildir. İndiyədək göndərilən bağlamaların ümumu dəyəri 100 min manatı ötüb. Hazırda proses davam edir və yaxın günlərdə bu məbləğ 250 min manata çatdırılacaq. Qeyd edək ki, F.Əhmədovun təşəbbüsü ilə bu xeyriyyə kampaniyası Qarabağda müharibənin sonuna qədər davam etdiriləcək.

Oxunma sayı 2643
Sosial rubrikasından digər xəbərlər