Hindistan COVİD-19-a qarşı Milli Klinik İdarəetmə Protokolunu tərtib edib

12:10 20.10.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Hindistan COVİD-19 virusuna nəzarət etmək məqsədilə Ayurveda və yoqaya əsaslanan Milli Klinik İdarəetmə Protokolunu tərtib edib".

Bu barədə Hindistanın ölkəmizdəki səfirliyindən Hafta.az-a daxil olan məlumatda bildirilir. Qeyd edilir ki, COVID-19 pandemiyası, dünya səhiyyəsində misli görünməmiş fövqəladə vəziyyətə səbəb olan qlobal sağlamlıq böhranı yaradıb. Bu vəziyyət, bir çox sosial və iqtisadi faktorlara əsasən yaranan mümkün məhvedici amillərə görə daha təhlükəlidir. İnfeksiyanı aradan qaldırmaq üçün effektiv nəzarət hələ də inkişaf edir və bu istiqamətdə Hindistan hökümətinin Ayuş Nazirliyi ümumi müdaxilələr ilə standart qayğını inteqrasiya etməyə cəhd edir.

Məlumatda deyilir ki, Milli Klinik İdarəetmə Protokolunun əsaslandığı Ayurveda və yoqa profilaktik tədbirlərin artırılmasında əsas rol oynaya bilər. COVID-19 pandemiyasına dair mövcud anlayış bunu göstərir ki, immunitet sisteminin yaxşı olması xəstəliyin inkişaf etməsinin qarşısının alınması və xəstəlikdən  qorunmaq üçün önəmlidir. Bu protokol hazırlanarkən aşağıdakı üç cəhət nəzərə alınır: 1. Ayurveda klassiklərinin biliyi və kliniki praktikadan əldə edilmiş təcrübə; 2. Ampirik dəlillər və bioloji ehtimal; 3. Davam edən kliniki araşdırmaların inkişaf edən trendləri.

İdarəetmə protokoluna dair konsensus sənədi Hindistanın müxtəlif milli tədqiqat təşkilatının mütəxəssisləri tərəfindən yüngül formada keçən COVID-19 virusuna nəzarət etmək üçün hazırlanmışdır. COVID-19 virusunu orta formada keçirən fərdlər müalicə variantları barədə seçimlə bağlı məlumat əldə edə bilər, lakin xəstəliyi ağır formada keçirən şəxslərin mütləq ixtisaslaşmış xəstəxanalara göndərilməsi vacibdir. Bu protokol və onun əlavəsi, yüngül formada keçən COVID-19 virusuna nəzarət etmək məqsədilə Ayurveda və yoqanın əlavə edilməsi üçün Fənlərarası Komitə sədri və COVID-19 üzrə Fənlərarası Ayuş Tədqiqat və İnkişaf Tapşırıq Komissiyasının səlahiyyətli komitəsi tərəfindən təsdiqlənir. Hər iki qurum Ayuş Nazirliyi tərəfindən təsis edilib.

Protokol fiziki məsafə saxlamağı, tənəffüs və əl gigiyenasına əməl etməyi, maska taxmağı və təravətli, balanslı pəhriz saxlamağı tövsiyyə edir. Ətraflı məlumatı aşağdakı linkdən əldə etmək olar:   https://www.indianembassybaku.gov.in/docs/1602855172COVID%20Protocol+Annex-V9.5-2Oct20.doc

Oxunma sayı 1850