"Qarabağ" "Zirə" ilə heç-heçə etdi, "Sumqayıt" yenidən liderliyə yüksəldi

18:58 25.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Azərbaycan Premyer Liqasında 7-ci tura yekun vurulub.

Hafta.az xəbər verir ki, sonuncu oyun günündə 2 matç keçirilib.

“Sabah” doğma meydanda “Sumqayıt”a 1:2 hesabı ilə uduzub. Bu qələbə ilə "Sumqayıt" yenidən liderliyə yüksəlib .

Turun son qarşılaşmasında isə “Qarabağ” “Zirə”nin qonağı olub. Görüş qolsuz bərabərliklə başa çatıb. Bu, "Zirə"nin baş məşqçisi Rəşad Sadıqovun futbolçu karyerası ərzində uzun illər oynadığı "Qarabağ"a qarşı ilk matçı olub.

Azərbaycan Premyer Liqası, 7-ci tur
25 oktyabr

“Sabah” - “Sumqayıt” 1:2
Qollar: 
Qurbani, 27 (0:1), İmamverdiyev, 64 (1:1), Abdullazadə 90+5 (1:2)  


“Zirə” - “Qarabağ” 0:0
Qırmızı vərəqə: Rahil Məmmədov, 68-iki sarı vərəqə ("Qarabağ")

Oxunma sayı 2650