Krımın rəhbəri Aksenov Qarabağa 150 erməni döyüşçü göndərib

18:35 28.10.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Krımın reinteqrasiyası Asossiasiyasının” ekspertlərinin məlumatına əsasən, hazırda işğal edilmiş Krım ərazisində könüllülərin Dağlıq Qarabağda gedən döyüşlərdə iştiraka cəlb edilməsi üzrə tədbirlər həyata keçirilir. Birbaşa dəstək Krımın işğalçı hakimiyyəti və şəxsən Krımın "başçısı” Sergey Aksenov tərəfindən həyata keçirilir.

Hafta.az yazır ki, Ermənistan Silahli Qüvvələrinin səfərbərlik resurslarının artırılması mənbələrinin fəal axtarışının təşəbbüskarı qismində Dağlıq Qarabağın keçmiş “baş naziri” Anuşavan Daniyelən çıxış edib. Ukrayna, Ermənistan və Rusiya vətəndaşlığı olan Daniyelyan 1983-cü ildən 1998-ci ilə qədər Krım ərazisində yaşayıb, 1995-ci ilin iyul ayından 1998-ci ilin aprel ayınadək Krım Muxtar Respublikası Ali Radası sədrinin müavini vəzifəsini tutub və “Krım erməni cəmiyyətinin” başçısı olub.

Korrupsiya qalmaqalları və “Seylem” qruplaşmasının lideri Vladimir Şevyevllə birgə Rusiya xüsusi xidmət orqanlarının nəzarətindəki cinayətkar qruplarda fəaliyyətinin olması haqqında ittihamlarından sonra Daniyelyan Ermənistana qaçıb. Bu barədə KMR çox yazıb. Krım Muxtar Respublikasında hakimiyyət orqanlarında vəzifədə işlədiyi vaxtlardan bəri, Anuşavan Daniyelyam “Seylem” quldur dəstəsinin nümayəndəsi kimi Sergey Aksenovla işgüzar münasibətləri qoruyub saxlayıb. Daniyelyan Krımın erməni diasporunun rəhbərlərinin biznesini lobbiləşdirib, Rusiya xüsusi xidmət orqanlarının nəzarəti altında 2014-cü ilin “Krım baharı” hadisələri zamanı diasporun imkanlarını, eləcə də Ukraynanın şərqində baş vermiş münaqişəyə erməni Qarabağ muzdlularını cəlb edib. Krımın müvafiq etnik cinayətkar qruplaşmalarının Krasnodar diyarı ilə neft məhsulları və qanunsuz kurort tikintisi sahəsində əməkdaşlıq haqqında “KMR” dəfələrlə yazıb.

2020-ci ilin oktyabr ayından başlayaraq Krımın erməni icması, erməni dini və mədəni xadimləri ilə birgə Rusiyanın Krımda işğalçı hakimiyyəti nümayəndələrinin, öncə “Seylem” qruplaşmasının mühacirlərinin və Aksenovun şəxsi dəstəyi ilə Krımın ərazisində “Azərbaycanın təcavüzündən zərər çəkmişlərin” ehtiyacları üçün pul yığımı təşkil edilir, nəticədə ilk həftə ərzində 10 milyon rubl (128500 dollar) yaxın pul yığılıb. Həmçinin, icma Aksenovun dəstəyi ilə “Artsax müdafiəçiləri” adlı könüllü dəstələrin yığımı üzrə kampaniya təşkil edib. Bunun əsas dislokasiya məntəqələri Simferopol, Yevpatoriya, Feodosiya, Yalta və Sevastopol şəhərlərində erməni dini və mədəni müəssisələri olub.

5 oktyabr 2020-ci il tarixinə olan vəziyyətə görə, Krımdan 150-dən çox “könüllü” aviareyslə Simferopol hava limanından Rostov-na-Don, Moskva, Krasnodar və Soçidən keçərək Yerevan şəhər hava limanına yola düşüb, onlardan bəziləri artıq döyüşlərə qatılıb. Hazırda döyüşlərdə həlak olan Krım ermənilərinin sayı dəqiqləşdirilir.

Qeyd etmək lazımdır ki, Ermənistanın özündə Danilyanı XX əsrin 90-cı illərində qardaşları Karen və Armenlə birgə Yevpatoriyada yaşayıb və güya jurnalist və ictimai fəaliyyətlə məşğul olub. Bununla belə mütəşəkkil cinayətkarlıqla və Rusiyanın xüsusi xidmət orqanları ilə sıx əlaqədə olan, sonra isə Ermənistana qayıdan etnik erməni Nairi Unanyanın fəaliyyəti ilə bağlayırlar. Nairi Unanyan və Karen Unanyan hazırda Ermənistanda 27 sentyabr 1999-cu ildə Ermənistan parlamentində terror aktının törədilməsinə görə ömürlük həbs cəzası çəkir.

Xatırladaq ki, o vaxt terror aktı nəticəsində səkkiz nəfər, o cümlədən Ermənistanın baş naziri Vazgen Sargisyan və parlamentin spikeri Karen Dəmirçyan həlak olmuşdu.

Oxunma sayı 4847
Siyasət rubrikasından digər xəbərlər