İki tarixi irəliləyiş: Epik azadlıq və sistemli dəyişiklik

18:40 31.10.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

1954-cü il noyabrın 1-də, 132 illik müstəmləkəçilikdən sonra azadlığa qovuşan və müstəqilliyini bərpa edən Əlcəzair, hər il bu tarixdə şərəfli inqilabı anmaq üçün öz milli bayramını qeyd edir.

Hafta.az-ın yazdığına görə, bu özləri Əlcəzairin ölkəmizdəki səfiri xanım Səlimə Abdelhaq deyib. Diplomat qeyd edib ki, 2020-ci ildə Əlcəzair üçün möhtəşəm bir hadisə olan azadlıq mübarizəsinin 66-cı ildönümü qeyd olunur.  “Doğrudur, indiki sanitar vəziyyət bizə tədbiri ən yüksək səviyyədə qeyd etməyə imkan vermir, amma bu, Əlcəzair xalqına ata-baba yurdumuzun işğalı və istilasına son qoymaq üçün həyata keçirdiyi azadlıq mübarizəsinin xatirəsini sevinc və qürurla yad etməyə mane olmayacaq” deyən xanım diplomat əlavə edib ki, bu, Əlcəzair xalqı tərəfindən böyük fədakarlıqlar, qan və göz yaşları bahasına şərəfli və cəsarətlə aparılan silahlı mübarizə dastanlarını xatırlamaq üçün bir fürsətdir. “Bu anım günü, bizə şəhidlərimizin və cəsarətli mücahidlərimizin, dünyadan gedənlərin xatirəsinə, həm də Allahın iznilə həyatda qalanlara bir anlıq  vətənpərvərlik  və minnətdarlığımızı bildirmək üçün imkan verir”, - deyib səfir.

Xanım Səlimə Abdelhaq bildirib ki, bir əsrdən artıq müddət ərzində müstəmləkəçi doktrinası, arıcıl inqilabları ilə cəsarət və qəhrəmanlıqla işğala tam və səmimi şəkildə qarşı çıxan Əlcəzair uşaqlarının, qadın və kişilərinin döyüşkənliyi və müqaviməti ilə üz-üzə qaldı və bu, uzun müstəmləkə gecəsindən sonra Əlcəzayir xalqının dirçəlməsinə gətirib çıxardı.

“Sarsılmaz inanca sahib olan xalqımız, müqəddəs torpaqlarında varlığının davamlı olmasına güvənən müstəmləkəçiliyə qarşı şiddətli bir mübarizə apardı.  Beləliklə, 1 noyabr tarixi əlcəzairlilərin qəlbində və şüurunda əbədi həkk olundu. Əlcəzair xalqının etdiyi bütün fədakarlıqlar şanlı inqilabımızı xalqların azadlıq və ləyaqət uğrunda apardıqları inqilabların ön planına qaldırdı. Bu unudulmaz ildönümünün qeyd olunması əslində bir-birinin ardınca gələn nəsillər vasitəsilə yaddaşlarda möhürlənməsi üçün son dərəcə əhəmiyyətli dayanacaqdır. 1 Noyabr referentinə bağlı olan, bu gün xatirəsinə hörmət və ehtiramla təzim etdiyimiz ağsaqqalların fədakarlığından xəbərdar olan nəsillərin qəhrəmanlığından ilhamlanan Əlcəzair gəncləri yenidən nəşəli götürmək, dünənki kimi, xalqın iradəsi ilə qanunun aliliyinin hökm sürəcəyi yeni bir Əlcəzair qurmaq uğrunda can atırlar. Bu gənclik yenidən doğuş və qlobal sıçrayış yolunda ümidlə atılan sıçrayışı idarə etmək üçün məsuliyyəti öz üzərinə götürəcək”, - deyən səfirAbdelhaqın sözlərinə görə, 2020-ci il 1 noyabr tarixi ona görə seçildi ki, xalq bir daha ölkəsinin tarixini, prinsiplərini və hədəflərini Əlcəzairin minillik tarixindən, 1 Noyabr Bəyannaməsindən, qanuni və açıq şəkildə ifadə olunan xalq tələblərindən götürən qurumların gələcək fəaliyyətini əks etdirən Konstitusiyaya yenidən baxılması mətnində öz seçimlərini ifadə edərək qeyd eləsin. 

Əlcəzairli diplomata görə, 1 noyabr 2020-ci il xalq referendumu ilə təqdim ediləcək layihə, digər vacib yeni müddəalara əlavə olaraq, fərdi və kollektiv azadlıqların möhkəmlənməsini, dövlət quruluşunun vətəndaşın müstəsna xidmətində və ümumi mənafelərində ahəngdar, demokratik və şəffaf fəaliyyətini təmin etmək üçün Əlcəzair qurumlarının təşkilində bir sıra dərin dəyişiklikləri ehtiva edir. 

Xanım Abdelhaq sonda qeyd edib ki, Əlcəzairin Azərbaycandakı Səfirliyi, 31 oktyabr və 1 noyabr 2020-ci il tarixlərində Bakıda yaşayan Əlcəzair icmasının səs hüquqlarından istifadə etməsinə imkan yaradmaq üçün seçki məntəqəsini açır.

Xanım Səlimə Abdelhaq sözünü belə yekunlaşdırıb - Yaşasın müstəqil və suveren Əlcəzayir, dəyərli Şəhidlərimizin ruhları şad olsun.

Oxunma sayı 1890
Siyasət rubrikasından digər xəbərlər