“Abayı oxuyarkən” art-albomun təqdimatı keçirilib

10:07 22.01.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qazaxıstanın ölkəmizdəki Səfirliyində dahi qazax şairi və mütəfikkiri Abayın əsərlərin motivləri əsasında yaradılan türk ölkələrdən olan rəssamların işlərin yer aldığı “Abayı oxuyarkən” art-albomun təqdimatı keçirilib. Albom, onun dünyaya gəlməsinin 175-ci ildönümü ilə əlaqədar elan olunan Abay Kunanbayev İli çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən dərc olunub.

Hafta.az-ın yazdığına görə, təqdimatda TÜRKSOY-un Baş katibi D.Kaseinov, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti G.Əfəndiyeva, Qazaxıstanın Səfiri S.Abdıkarimov, Azərbaycan-Qazaxıstan Respublika Dostluq Cəmiyyətinin Vitse-Prezidenti E.İsmayılov, həmçinin Azərbaycanın elmi və yaradıcı dairələrin nümayəndələri iştirak ediblər.

D.Kaseinov bildirib ki, Abay xalq şairi, mütəfikkiri, maarifçi və qazax milli ədəbiyyatının banisi olaraq, təkcə Qazaxıstan üçün deyil, eyni zamanda bütün türk dünyası üçün zəngin mirasını qoyub – onun şerləri və müdrik kəlamlar bütün türk xalqların zənginliyini və mənəviyyatını tərənnüm edir.

Tədbir əsnasında “Abay 175 il” xatirə medalların və dahi qazax şairin adının və irsinin təşviqində böyük pay sahibi olan şəxslərə fəxri fərmanların təltif edilməsi mərasimi keçirilib. Fəxri fərmanlar BDU yanında Abay adına Qazax dili, tarixi və mədəniyyəti mərkəzinin rəhbəri F.Dursunovaya, BDU-nun Türkşünaslıq kafedrasının rəhbəri R.Əsgərova, jurnalist-publisist A.Eyvazovaya, yazıçı-nasir N.Əbdülrəhmanlıya, Azərbaycan Pedaqoji Universitetinin Ədəbiyyat kafedrasının professoru E.Quliyevə, BDU-nun Türkşünaslıq kafedrasının professoru F.Ağayevaya təqdim olunub.

Qonaqlara dahi Abayın həyatı və yaradıcılığı haqqında sənədli film və ənənəvi qazax təamları təqdim olunub.

Oxunma sayı 1387