"Əli Kərimlinin ermənilərin pulu ilə maliyyələşdirdiyi insanlar bizi də söyürlər" – Hafiz Hacıyev

13:18 04.09.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

“Bizim hakimiyyətimiz – Elçibəy hakimiyyəti dövründə pis xəstəliyə tutulmuş Kərimov Əlilələr və digərlərinə dərs verməkdən ötəri partiyamız aktiv şəkildə fəaliyyət göstərir. Bizi də söyənlər, təhqir edənlər var. Bu da bəlli məsələdir. Kərimov Əlinin ermənilərin, eləcə də xarici kəşfiyyat orqanlarının pulu ilə maliyyələşdirdiyi insanlar bizi də söyürlər. Baxın, türmədən çıxan bir nəfərə aparıb 10 min pul verir. Bu elə-belə məsələ deyil. Biz bütün bu kimi prosesləri izləyirik”.

Bunu hafta.az-a açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib. Partiya sədri bildirib ki, istər daxildəki, istər xaricdəki şər qüvvələrə qarşı mübarizə aparan insanların əksəriyyəti bizim yanımızdadır. 

MMP sədri 2019-cu ilin dekabrında keçirilməsi gözlənilən bələdiyyə seçkilərinə qoşululub-qoşulmayacağına münasibət bildirib: “Müasir Müsavat Partiyasının bütün seçkilərdə iştirak etməklə bağlı qərarı var. Biz də bələdiyyə seçkilərində iştirak edəcəyik. Artıq hazırlıqlar gedir. Bu yöndə rayon təşkilatlarına xüsusi göstəriş verilib. Üzdə olan, ictimai fəallığı ilə seçilən, vətənsevər insanlarımızın, üzvlərimizin bələdiyyə sədrliyinə seçilməsi təqdirəlayiq hal olardı. Artıq əyalətlərdə, yaşadığı bölgədə nüfuzu olan, sayılıb-seçilən üzvlərimizdən hansılarının namizədliyinin irəli sürülməsi ilə bağlı rayon təşkilatlarımızla iş aparırıq. Bu işə ciddi yanaşırıq”.

Siyasət rubrikasından digər xəbərlər