Qaradağda Polis işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib

15:40 02.07.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

2 iyul – Polis işçilərinin peşə bayramı günü münasibətilə Qaradağ Rayon İcra Hakimiyyətinin akt zalında tədbir keçirilib.

Hafta.az yazır ki, tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov peşə bayramı münasibətilə bütün polis işçilərini təbrik edib. Başçı Azərbaycan polisinin uzun, tarixi və şərəfli yol keçdiyini vurğulayaraq, daxili işlər orqanlarının müstəqil dövlətimizə uyğun formalaşmasında Ümummilli lider Heydər Əliyevin müstəsna rolu olduğunu qeyd edib. "Prezident İlham Əliyev də polis işçilərinə həmişə diqqət və qayğıkeşliklə yanaşır. Bunun nəticəsidir ki, polis əməkdaşlarının əmək haqları xeyli artırılıb, şəxsi heyətin məişət şəraiti əsaslı şəkildə yaxşılaşdırılıb. Bu da polislərimizdə məsuliyyət hissini artırır, daha yaxşı xidmət göstərmək həvəslərini yüksəldir. Polislərimizin çəkdiyi zəhmət və əziyyətə görə hər cür hörmətə layiq olduqlarını bildirib" - Qaradağ RİH-nin başçısı deyib.

Tədbirin sonunda S.Mikayılov tərəfindən bir neçə polis işçisinə fəxri fərman və hədiyyələr təqdim olunub.

Gündəm rubrikasından digər xəbərlər